ANA SƏHİFƏ / GÜNDƏM

Dünyanın yanan mənzərəsi: alovlar, dəhşətlər, faciələr...

64886    |   2020-02-20 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanğınlar bəşəriyyət yarandığı gündən bu günə qədər müxtəlif ölcülərdə olub, insanları cox zaman dəhşətə gətirib. Baxmayaraq ki, əksər hallarda alovun varlığı insan həyatının qorunması, inkişafı, rahatlığı kimi böyük missiyalar daşıyıb. Amma vaxtsız-vədəsiz , faciəvi ölümləri də qacılmaz edib. Bu üzdən yanğınlar hər zaman insanlarda böyük təlaş hissi, qorxunc hadisə kimi iz buraxıb. İnsan ölümü və yanğın sözü dilimizə gələndə gözümüz qarşısına lap yaxın kecmişimizdə bizləri icdən sarsıdan olaylar gəlir:

1. Xətai rayonunda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzində 2 mart 2018-ci ildə baş vermiş yanğın zamanı 25 nəfərin cəsədinin aşkar edilməsi.

2. Binəqədi rayonu,Azadlıq prospektidə yerləşən 16 mərtəbəli yaşayış binasında2015-ci ilin19 maytarixində baş vermiş yanğın və hadisə nəticəsində 15 nəfər ölümü, 64 nəfər isə yaralanması

3. 2015-ci ilin4 dekabrtarixində "Günəşli" neft yatağında vermiş yanğın nəticəsində 63 nəfərin zərər çəkməsi, 9 nəfərin dünyasını dəyişməsi.

Amma dünyadakı digər dövlət və xalqlar da yanğın hadisələrindən sığortalanmayıb. Onların başına gələn yangın hadisələrinin miqyası böyük, nəticəsi daha qorxunc olub.

Adalet.az həmin hadisələrdən bir neçəsini oxucuların diqqətinə çatdırır:

Ötən il Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 53 nəfərə çatdı. Bundan xeyli əvvəl , yəni 1989-cu il iyunun 3-dəRusiyanın Aşa şəhərində yerləşən dəmiryolu xəttində baş verən yanğın SSRİ tarixində ən böyük insan tələfatına yol açan nəqliyyat qəzası idi. Ərazidə toplanan qazın təsiri ilə iki əks istiqamətdə hərəkət edən sərnişin qatarları alova qərq olaraq partlamışdı. Bunun nəticəsində 575 nəfər həlak olmuş, əksəriyyəti ömürlük əlil qalan 625 nəfər isə xəstəxanalara yerləşdirilmişdi. Daha sonra- 1999-cu il fevralın 10-daRusiya Daxili İşlər Nazirliyinin Samara Baş İdarəsində dəhşətli yanğın baş verdi. Hadisə nəticəsində 57 nəfər həlak oldu, 200-dən artıq insan isə xəsarət aldı. İstintaq taxtadan tikilən köhnə baş idarə binasının siqaret kötüyündən alovlandığını müəyyən etsə də, yekun versiya bu günə qədər formalaşmayıb.



Dünyanın müxtəlif ölkələrində, məsələn Çində də dəhşətli yanğın baş verib. 1994-cü il dekabrın 8-dəKurmay şəhərində əsasən uşaqların həlak olduğu böyük yanğında 288-i uşaq olmaqla 323 nəfər həlak oldu.

Uşaqların ölümü ilə nəticələnən ən dəhşətli yanğınlardan biri də Hindistanın Haryana şəhərində baş verib . 1995-ci il dekabrın 23-də məktəblilərin həlak olduğu həmin yanğın 360 nəfərin ölümünə səbəb olub.

Texnika nə qədər sürətlə inkişaf etsədə iyirmi birinci əsrdə yanğınlardan öz nəsibini alıb. Beləki, 2000-ci ildə noyabrın 11-dəAvstriyanınqış turizmi üçün əlverişli olan Kaprun qəsəbəsində funikilyorda yanğın hadisəsi zamanı funikilyorla dağ kurortuna qalxan 155 sərnişin həlak olub. Yalnız 12 sərnişin hündürlükdən özünü ataraq xilas ola bilib.

Amerikanın Rod-Aylend ştatının Uset-Uorik şəhərində - gecə klubunda 2003-cü il fevralın 20-də 100 nəfərin həyatına son qoyan, 230 nəfəri yaralayan dəhşətli yanğın hadisəsi baş verib.



2009-cu il dekabrın 5-dəRusiyanın Perm şəhərinin mərkəzində yerləşən "Xromaya loşad” gecə klubunda baş verən yanğın isə XXI əsrin ən rezonanslı hadisələrindən idi. Pirotexnikadan düzgün istifadə olunmaması nəticəsində klubun daxili üzlükləri yanıb və bir anın içində klubu bürüyən alov 156 nəfərin ölümü, 78 nəfərin isə ağır yaralanması ilə nəticələnib.

2014-cü il noyabrın 22-də Banqladeşin paytaxtı Dəkkədə fabrik yanıb. Tikiş fabrikinin qəfil alovlanması nəticəsində 117 nəfər ölüb,



Qorxunc təsiri illərlə insanların yaddaşından silinməyən daha bir yanğını da nəzərinizə catdırırq: Texas-sitidə, 1947-ci ildə yanğına səbəb Fransa yük gəmisi anbarında atılan siqaret olub. Göyərtəsində 2300 ton ammonyak turşusu olan gəmi dərhal partlayıb. Partlayış dalğası o qədər güclü olub ki, episentrdən min kilometr məsafədə seysmoqraflar tərəfindən qeydə alınıb. Zəncirvari olaraq qonşuluqdakı gəmilər yanıb, bunun ardınca alov neft emalı və kimyəvi zavodlara keçib. Lakin faciə bununla da yekunlaşmayıb. Növbəti gün içərisindən turşu olan digər gəmi partlayıb. Nəticədə min bina yer üzündən silinib, təxminən 600 nəfər həlak olub. Sakinlər alov bürümüş şəhərdən qaçmağa çalışıblar. Texas-sitini bərpa etmək üçün yüz milyon dollarlarla vəsait tələb olunub.



Son olaraq qeyd etmək istəyirik ki, tarixin ən dəhşətli və faciəvi yanğını 1212-ci ildə Londonda baş verib. Yanğın şəhərin üçdə bir hissəsini məhv edib, ölənlərin sayı isə üç mini keçib. 1666-cı ildə baş verən yanğında isə cəmi altı nəfər ölüb. Bununla belə dörd gün ərzində davam edən yanğın 13 min 200 evin yanmasına gətirib çıxarıb. Orta əsrlərdə Londonda dəhşətli yanğınlar baş verib. Hazırda Böyük Britaniyanın paytaxtı olan bu şəhər tarix ərzində ən azı altı dəfə yanıb. Məhz bu da şəhərin ən çox "yanğından zərər çəkən" şəhəradı almasına gətirib çıxarıb.

Allah dövlətimizi və xalqımızı daha dəhşətli, faciəvi, qanlı hadisələrdən hifz eləsin!

Əntiqə Rəşid









İmza:

Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub - VİDEO

BU İLQAR RƏSUL NƏ ƏRİNCƏK ADAMIYMIŞ

Baş nazir: Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür

İlham Əliyev: Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - YENİLƏNİB

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

Fəttah Səməd oğlu Heydərov

Müdafiə Nazirliyindən Polad Həşimovun səngərdən uzaqda şəhid olması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Agentlik sədri: Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər

Prezident İlham Əliyev: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur

Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ

Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib

AQTA 76 obyektdə kobud pozuntular aşkarladı

Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

DTX-dən əməliyyat: Azərbaycanlı səfir Bakıda tutuldu - RƏSMİ

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanun təsdiqləndi

Bulvarda istifadəyə verilən idman qurğularına və veloparka xüsusi nəzarət olunur

VƏTƏNİM QARDAŞ - Təranə Musayeva yazır

Yerli telekanallar əcnəbi serial yayımlaya biləcək

SON XƏBƏRLƏR
2020-08-14
2020-08-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK