ANA SƏHİFƏ / GÜNDƏM

Ermənistanın qeyri-konstruktiv yanaşması QDİƏT üzvərinin narazılığına səbəb olub

5289    |   2019-12-13 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Afinada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 41-ci iclasında Azərbaycandan Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, iclasda təşkilat çərçivəsində sahəvi əməkdaşlıq məsələləri, işçi qrupların fəaliyyəti, səmərəliliyin artırılması üsulları, təşkilati məsələlər, QDİƏT-in digər ölkə və təşkilatlarla əməkdaşlığı və digər məsələlər müzakirə edilib.

Uzun müddətdir təşkilat çərçivəsində baxılmaqda olan və iqtisadi əməkdaşlığı ehtiva edən sənəd layihələri də iclasda müzakirə edilib, lakin Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması və beynəlxalq hüququn normalarını inkar etməsi səbəbindən bu dəfə də qəbul edilə bilməyib, beləliklə üzv ölkələrin narazılığına səbəb olub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışında ölkəmizin təşkilatda səmərəli və layihə yönlü fəaliyyətdə maraqlı olduğunu, konkret nəticələrə hədəflənmiş fəaliyyətin vacibliyini qeyd edib. O, Azərbaycanın regionda bağlantılar sahəsində bir sıra layihələr həyata keçirdiyini, bu sahədə böyük imkanların olduğunu və QDİƏT regionunun Azərbaycanın potensialından yararlana biləcəyini də səsləndirib. Nazir müavini regionda əməkdaşlığın inkişafı üçün həlli uzadılmış münaqişələrin böyük maneə olduğunu, QDİƏT çərçivəsində əməkdaşlığa mənfi təsir göstərdiyini, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın özünü regional layihələrdən təcrid etdiyini diqqətə çatdırıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan 2018-ci ildə təşkilatda sədrliyi həyata keçirib və fəaliyyətini bağlantılar sahəsində layihələr üzərində qurub.



İmza:

Hikmət Hacıyev: Toy mərasimlərinin bərpa edilməsi koronavirusun artmasına səbəb ola bilər

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başladı - VİDEO

Ülvi Mehdiyev: Eyni anda 100 minə yaxın şəxs çimərliklərdə istirahət edə biləcək

Vətəndaşlar hansı halda rayonalara gedə bilərlər? - RƏSMİ AÇIQLAMA

Hikmət Hacıyev: Metro və “Mall”ların açılması koronavirusun artmasına səbəb ola bilər

Çimərliklərdə səsgücləndirici vasitələrlə məlumatlar səsləndiriləcək

Ülvi Mehdiyev: Bu günədək 30 milyon SMS yoxlanılıb

Hikmət Hacıyev: Cənub şərqi asiya ölkələrində artıq 3-cü dalğa müşahidə olunur

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM

Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi

Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin adına saxta "Twitter" hesabı açılıb

AZİZ SANCAR: Azərbaycanın ali təhsil sistemində ümidverici prosesləri müşahidə etdim

SON XƏBƏRLƏR
2020-08-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aazyaşlı 3 uşaq küçədə söhbət edir.
Birinci uşaq:
— Bilirsiniz, atamla anam çoxlu pul verib məni leyləkdən alıblar.
İkinci uşaq:
— Mənim atamla anam çoxlu pul verib məni Şaxta Babadan alıblar.
Balaca Şakir :
— Mənim atamla anam kasıb olduğu üçün məni özləri düzəldiblər.

İndi biz kasıb və kiçik dövlət olduğumuz üçün gərək öz başımızın çarəsinə özümüz baxaq





digər lətifələr
ARXİV
FACEBOOK