hacklink Adalet.az | "Qalatasaray" azarkeşlərinə hücum oldu - Türk bayrağı yandırıldı Adalet.az | "Qalatasaray" azarkeşlərinə hücum oldu - Türk bayrağı yandırıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"Qalatasaray" azarkeşlərinə hücum oldu - Türk bayrağı yandırıldı

15428    |   2019-12-12 17:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda Parisdə keçirilən PSJ - "Qalatasaray" oyunu öncəsi qalmaqal yaşanıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, aralarında PKK tərəfdarlarının da olduğu 150-200-ə yaxın üzü maskalı şəxslər qarşılaşmaya getmək üçün Porte de Sen-Klu meydanında toplaşan "Qalatasaray" azarkeşlərinə hücum edib və onların üzərinə məşəl atıb. Həmin şəxslərdən bəzisi PKK bayrağını açıb, türk bayrağını isə yandırıblar.

Bundan sonra "Qalatasaray" azarkeşləri onlara cavab verib. Fransa polisinin gec müdaxiləsi səbəbindən dava daha da böyüyüb. Dava zamanı yaralıların olduğu vurğulanıb. Ara sakitləşdikdən sonra "Cim-bom"lu azarkeşlər polislərin müşayiəti ilə stadiona gediblər.

Qeyd edək ki, PSJ - "Qalatasaray" görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.




İmza:
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK