hacklink Adalet.az | Coğrafiya İnstitutu: Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb Adalet.az | Coğrafiya İnstitutu: Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Coğrafiya İnstitutu: Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb

4403    |   2019-12-11 16:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son 15 ildə Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb, bəzi yerlərdə isə artıb.

Adalet.az-ın məlumatına görə, bunu AMEA Coğrafiya İnstitutunun növbəti elmi seminarında İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Səid Səfərov deyib.

Sumqayıt, Bakı, Maştağa və Pirallahı, həmçinin Neft Daşları və Çilov hidrometeoroloji stansiyalarının müşahidə məlumatlarına əsasən yağıntı rejimini tədqiq edən alim son 10-15 il ərzində temperatur yüksəlməsinin daha böyük sürətlə getdiyini, Azərbaycanda yağıntıların bəzi yerlərdə azalmasını, digər yerlərdə isə artmasını diqqətə çatdırıb.

Tədqiqatçı yağıntıların artmasının səbəblərini qlobal istiləşmə nəticəsində hava dövranı xarakterinin dəyişməsi, dəniz səth suları temperaturunun artması ilə əlaqədar buxarlanmanın intensivləşməsi, əhalinin artması, şəhər sahəsinin kəskin genişlənməsi, havanın çirklənməsi və s ilə izah edir.

S.Səfərov bildirib ki, payız-qış aylarında yağıntıların belə kəskin artması nəqliyyatda hərəkət intensivliyinin azalmasına, avtomobil yollarının vaxtından əvvəl dağılmasına, ərazilərin, zirzəmilərin su ilə dolmasına, qrunt sularının səviyyəsinin yuxarı qalxmasına və s. bu kimi bir sıra problemlərin yaranmasına səbəb olur.

İnstitut rəsmisi son dövrlərdə Bakı şəhərinin müxtəlif ərazilərində baş verən torpaq sürüşmələrinin aktivləşməsini bilavasitə payız-qış dövründə atmosfer yağıntılarının ümumi miqdarının və eyni zamanda intensiv və davamlı yağıntıların kəskin artması ilə izah olunduğunu diqqətə çatdırıb.

Alim onu da qeyd edib ki, bununla əlaqədar olaraq Bakı şəhərində aparılan tikinti və o cümlədən şəhərsalma işlərində yağıntı rejiminin kəskin dəyişməsi mütləq nəzərə alınmalıdır.



İmza:

Ötən gün yol qəzalarında iki nəfər ölüb

Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib

Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

İşğalda qalan Kərki - 30 il ötür

Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib

Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edildi

Şəmkirdə 3 istiqamət üzrə yol yenidən qurulub

Heydər Əliyev prospektində sürət həddi endirildi

Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”

Naxçıvanda “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM

“CinemaPlus”da 20 Yanvara həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək

SON XƏBƏRLƏR
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK