hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Vasif Talıbovdan sərəncam – Onların maaşlarını 50 faiz artırdı Adalet.az | Vasif Talıbovdan sərəncam – Onların maaşlarını 50 faiz artırdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Vasif Talıbovdan sərəncam – Onların maaşlarını 50 faiz artırdı

9726    |   2019-12-10 17:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq etməlidir. 2019-cu il dekabrın 1-dən fəaliyyətini təmin etməlidir.

Nazirlər Kabineti icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Ordubad Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il dekabrın 1-dən 50 faiz artırılmasını təmin etməlidir.

Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Ordubad Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilsin.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.




İmza:
SON XƏBƏRLƏR
2020-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK