hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Maksim Oreşkin: Azərbaycan-Rusiya münasibətləri möhkəm strateji əsasa malikdir Adalet.az | Maksim Oreşkin: Azərbaycan-Rusiya münasibətləri möhkəm strateji əsasa malikdir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Maksim Oreşkin: Azərbaycan-Rusiya münasibətləri möhkəm strateji əsasa malikdir

9333    |   2019-12-09 16:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan-Rusiya münasibətləri möhkəm iqtisadi və siyasi əsasa malikdir və bu, ölkələr arasında strateji tərəfdaşlığın təsdiqidir.

Adalet.az-ın məlumatına görə, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 18-ci iclasında deyib.

Nazir Prezident İlham Əliyevin sentyabr ayında Rusiyaya uğurlu səfərini və bu səfər çərçivəsində beş yol xəritəsi üzrə ciddi işlərin görüldüyünü qeyd edib:

"Xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfərinin yekunlarını qeyd etmək istəyirəm. Bu səfər çərçivəsində rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində altıncı yol xəritəsinin hazırlanması barədə razılıq əldə olundu və artıq ilk nəticələr var”.

M.Oreşkin əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq təkcə ticarət sahəsində müsbət nəticə göstərmir. O vurğulayıb ki, nəqliyyat və infrastruktur sahəsində Samur çayı üzərində körpü tikintisi kimi vacib layihə reallaşdırılır.



İmza:
SON XƏBƏRLƏR
2020-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK