ANA SƏHİFƏ / SİYASƏT

İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal

11366    |   2019-12-09 11:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabiq Müsavat başqanı İsa Qəmbərlə "Milli Şura"nın üzvü Gültəkin Hacıbəyli arasında "müavin” qalmaqalı yenidən alovlanıb.

Adalet.az-ın məlumatına görə, Gültəkin Hacıbəyli özünün "Facebook" səhifəsində yazıb:

"Hörmətli İsa Qəmbər bildirib ki, gərək mən onunla ikilikdə aramızda olan söhbəti ictimailəşdirməyəydim. Söhbət onun mənə 2013-cü ilin payızında Müsavat partiyasının Beynəlxalq məsələlər üzrə başqan müavini vəzifəsini təklif etməsindən gedir. İmtina etmişəm və hesab edirəm ki, düz etmişəm, lakin bu təklifdən imtina etməyim nə məni böyütməyib, nə İsa bəyi kiçiltməyib. Siyasətdə belə təkliflər də, imtinalar da çox olur və bu normal haldır. İkincisi, hər şeyə rəğmən İsa bəyin bu faktı etiraf etməsi onun səviyyəsinin göstəricisidir, çünki, təəssüf ki, Azərbaycan siyasətində heç də hamı bu keyfiyyətilə fərqlənmir, əksinə, vaxtilə məni öz təşkilatlarına dəvət edən bəziləri indi bunun əksini iddia edərək üzümə dururlar ki, guya mən hətta heç bir strukturu olmayan, ikinci kurs tələbələrinin belə qoşulmaqdan imtina etdiyi və 5-6 nəfər üzvü olan təşkilatda "sobesedovaniyadan" keçməmişəm. Heyf ki, çox şeyləri demək olmur... İsa bəy onda da haqlıdır ki, iki nəfər arasında olan söhbət ictimailəşməməlidir və mən həyatım boyu belə davranmışam. Düzdür, İsa bəyin təklifi şəxsi söhbət deyildi, ən böyük müxalifət partiyalarından birinin idarəetməsilə bağlı idi, amma mən yenə də bu söhbəti açmadım, ən doğma bildiyim insanlardan, məsələn, Cəmil müəllimdən başqa illərlə heç kimlə bölüşmədim. Hörmətli İsa bəy, mən bunu istəmirdim və etməzdim də, məni bu söhbəti ictimailəşdirməyə müsavatçılar məcbur etdi. Hər addımda məni keçmişimlə vuran, mənə qarşı ardıcıl kampaniyalar aparan, on ildir etdiyim fədakarlıqları, verdiyim qurbanları görməzdən gələn və bütün həyatı boyu etdiyim imtinaların bir faizini etməyəcək bəzi partiyadaşlarınız. Və mən məcburiyyət qarşısında, sadəcə, onların yadına salmalı oldum ki, mənim Milli Məclisin deputatı olduğum 2000-2010-cu illər təqvimdə başqan müavini vəzifəsi üçün təklif aldığım, həm də müsavatçıların yekdil səsilə Milli Şuranın komitə sədri seçildiyim 2013-cü ildən əvvəl gəlir...".

Ardınca G.Hacıbəyli daha da aqressiv şərh yazıb: "Bəzi müsavatçılar kütləvi şəkildə bu statusun altına mənim İlham Əliyevin təbliğat mitinqimdəki çıxışımı yükləyirlər. Onlara bu statusun mahiyyəti hələ də çatmayıb. Yaxşı, mən pis idimsə, niyə məni partiyanızın rəhbərliyinə dəvət edirdiniz, MŞ-ya komitə sədri seçirdiniz?! Bunu düşünmək əvəzinə zombi kimi bir ucdan yükləyirlər"

İsa Qəmbər isə elə bu statusun altından şərh yazaraq bildirib ki, Azərbaycan ictimai-siyasi arenasında ən çox tənqid olunan - haqlı ya haqsız, səmimi ya qərəzli- şəxslərdən biri Gültəkin Hacıbəylidir: "İradlar demokratik düşərgədən gələndə Gültəkin xanımın cavab üçün istifadə etdiyi əsas arqumentlərdən biri də təxminən belə olur: "Müsavat başqanı Isa Qəmbər mənə təkidlə partiyanın beynəlxalq siyasət üzrə başqan müavini postunu təklif edib 2013-cü ilin payızında, mən imtina etmişəm." Gültəkin xanım məram və niyyətlərin dəqiqləşdirilməsi üçün edilən söhbəti "təkidli təklif" kimi dəyərləndirirsə, mübahisə etməyəcəm. İki nəfər arasında söhbətin elə yalnız iki də şahidi var.

Məncə aydın məsələdir ki, kiməsə vəzifə təklif etmək onu toxunulmaz etmir, tənqiddən təminat vermir. Bu mövzuda diskussiyalıq bir şey yoxdur. Başqa bir məqamı vurğulamaq istəyirəm. Hörmətli Gültəkin xanım, mən sizə Xarici Siyasət üzrə müavin vəzifəsini təklif etmişəmsə də, hər halda Daxili Siyasət üzrə müavin vəzifəsi təklif etməmişəm. İndi də düşünürəm ki, siz özünüzün bilavasitə funksiyalarınızı həyata keçirməklə yanaşı, daha toparlayıcı mövqe tutsanız təmsil etdiyiniz quruma və bütövlükdə demokratik düşərgəyə daha çox fayda gətirmiş olarsınız".

G.Hacıbəylinin bu statusuna yazılan şərhlərdə isə müsavatçılarla "Milli Şura" təmsilçiləri bir-birini təhqir atəşinə tutub.

Murad Əliyev adlı istifadəçi yazıb: "Gültəkin Hacıbəyli yenə də yuyulmamış çömçə kimi ortaya düşüb. Hər dəfə ölkəmizdə mühüm beynəlxalq yarış və ya tədbir keçiriləndə, sosial şəbəkələrin troll "madonnası" yenə də aktivləşir".

Pərvin Hacıyev isə belə yazıb: "İsa Qəmbər özünü daim gündəmdə saxlamağa çalışan, siyasi cəhətdən tükənmiş bir insandır. Həqiqətən onda çox neqativ aura var. Sifətini görəndə adam depresiyaya düşür... Bir şəxs ki, siyasi tacir statusu ala. Saxta sənəd alveri və sair. Biz onun üzünə vurmadıqca uşaq kimi sırtılır".




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Dağlıq Qarabağda keçirilmiş saxta "seçkilər"lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb

“The Jerusalem Post” qəzeti Azərbaycan müxalifətində yaşanan gey qalmaqalından yazır

Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi

Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində...

Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir

İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu göndərib

Mövlud Çavuşoğlu: Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Azərbaycan XİN İordaniyanı təbrik edib

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK