ANA SƏHİFƏ / DÜNYA

Qadınlarla bağlı daha bir qadağa ləğv olundu

21890    |   2019-12-09 11:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səudiyyə Ərəbistanı Krallığında restoran və kafelərə artıq qadınlarla kişilərin ayrı qapıdan daxil olması tələb edilməyəcək.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, hökumətin son qərarına əsasən, qadınlar və kişilər restoranlara eyni qapıdan girə biləcəklər.

Qeyd edək ki, bu günə qədər ölkədə restoranlarda iki ayrı qapı olub. Bu qapılardan biri ailələr və qadınlar, digəri kişilər tərəfindən istifadə olunurdu.Səudiyyə Ərəbistanının bir çox restoran və kafelərində artıq bu qaydanın aradan qaldırıldığı müşahidə edilir.

Xatırladaq ki, bu il Krallıqda qadınlara qoyulmuş bir çox qadağalar ləğv olunub. Bu sırada onlara kişilər olmadan maşın sürməyə və pasport almağa icazə verilməsi də var.

Fəallar isə ölkədə qadınlara qarşı ayrı-seçkilik hallarının hələ də çox olduğunu və bəzi qadın hüquqları müdafiəçilərinin həbs edildiyini söyləyirlər.(azvision.az)




İmza:

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib

Çinli kazino “kralı” 98 yaşında öldü

Almaniya ÜST məsələsində ABŞ-ı dəstəklədi: “Pulların hara getdiyini tapmalıyıq”

İspaniyada səhiyyə işçiləri etiraz aksiyası keçirdi

Zoopark rəhbərliyi heyvanları qidadan və qayğıdan məhrum etdi

Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir

ÜST: Son sutkada dünyada 100 264 koronavirusa yoluxma halı qeydə alınıb

Dmitri Roqozin: “ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verilməyəcək”

Lukaşenko xəbərdarlıq etdi: “Koronavirusun ikinci dalğasına hazırlaşın”

Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə rejim ləğv edildi

Avropanın bu ölkəsi koronavirusa qalib gəldiyini elan etdi

Hulusi Akar: “Türkiyə Silahlı Qüvvələri 1 458 terrorçunu zərərsizləşdirib”

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK