hacklink Adalet.az | Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi Adalet.az | Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi

14306    |   2019-12-05 17:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından söz açıb.

E.Məmmədyarovötən gün Bratislavada ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşdən danışıb.

Nazir görüşün üçsaat davam etdiyini və müzakirələrin çətin keçdiyini bildirib.

"ATƏT Minsk Qrupu ilə müzakirə etdiyimiz məsələ münaqişənin mərhələli şəkildə həlli ilə bağlı yanaşmadan ibarətdir. Əlbəttə ki, birinci addım münaqişənin başlıca fəsadlarının aradan qaldırılmasıdır”, - deyə E.Məmmədyarov əlavə edib.

O deyib ki, bunun üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində vurğulandığı kimi, Ermənistan silahlı bölmələri Qarabağ regionundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmalıdır.

Xatırladaq ki, dekabrın 4-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilib.

Tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb.

Eyni zamanda, nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlırazılığa gəliblər.




İmza:

Aqil Abbas seçicilərlə görüşlərə start verdi - FOTOLAR

Rauf Arifoğlunun "dublikat"ı Qusar sakini çıxdı: Abbasov Raufu namizəd edən kimdir?

AQİL ABBASIN ALTERNATİVLƏRİNƏ MÜRACİƏTİ

Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib

Hikmət Hacıyev: Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı

Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatıb

Vilayət Eyvazov Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirdi

Rusiyanın yeni Baş Naziri məlum oldu

“Xalq-Prezident həmrəyliyi ölkəmizdə bütün sahələrdə sabitliyi təmin edir” - Millət vəkili

Sahil Babayev: Azərbaycan MDB məkanında minimum pensiya göstəricisinə görə 1-ci yerdədir

Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ

Məzahir Pənahov: Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb

SON XƏBƏRLƏR
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK