hacklink Adalet.az | Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək Adalet.az | Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək

2269    |   2019-12-02 10:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə 14 dekabr 2019-cu il tarixində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərmiş və əhalimizin sağlamlığını daim diqqət mərkəzində saxlamış Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, insanların sağlamlığı dövlətin və cəmiyyətin sağlamlığı deməkdir. Bu gün Ulu öndərin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilməsi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də uğurlara daim vüsət verir. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Sağlam əhali – ölkənin uğurlu inkişafının zəmini və gələcək nəsillər üçün möhkəm təməldir!

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən ürək-damar sisteminin xəstəlikləri, əvvəllər olduğu kimi, dünyanın bir çox ölkələrində ölümün başlıca səbəbidir, müalicəsi isə çətindir və böyük vəsait tələb edir. Sözügedən konfransda anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunacaq. Konfransda yerli mütəxəssislər yanaşı Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertləti də iştirak edəcəklər.

Dörd paneldən ibarət olan konfransda "Anadangəlmə ürək qüsurları, genetika, skrininq və ümumi baxış”, "Yenidoğulmuşlarda təcili vəziyyətlərdə nə etməli?”, "Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya və reabilitasiya” və "Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər” mövzularında çıxışlar olacaq, maraqlı mühazirələr və interaktiv diskussiyalar aparılacaq.

Konfrans iclaslarının dörd panelinin gedişində Azərbaycandan ürək cərrahı Rəşad Mahmudov "Minimal invaziv cərrahiyyə”; Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupundan professor Yalım Yalçın "Anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv kardioloji metodların rolu” mövzusunda, uşaq kardiocərrahı professor Bülent Polat "Fallo tetradasinın ümumi korreksiyasında 20 illik təcrübə” və pediatr-neonatoloq Ozan Uzunhan "Yenidoğulmuşlarda kritik anadangəlmə ürək xəstəliklərinin erkən diaqnozunda pulsoksimetriyanın rolu”, İtaliyanın Boloniya Universitetinin kardiologiya kafedrasının dosenti, kardioloq Franko Nakarella "Müasir uşaq kardiologiyasında klinik və genetik konsultasiyalar”, Almaniyanın Yunq Ştillinq Klinikasının kardioloqu Yohannes Riks "Mitral və triksupidal qapaq çatışmazlıqlarında intervensiyon yenilikləri” və professoru Gündüz Dursun "Aorta qapağı dəyişimində və koronar revaskulyarizasiyada olan yeniliklər”, İranın Genetik Mühəndislik və Biotexnologiya üzrə Milli İnstitutun həkim genetiki Saber Siamak "Ürək qüsurları və genetik xəstəliklər arasında əlaqə” və digər yüksək ixtisaslı mütəxəssislər müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq təşkil olunan elmi-praktik konfransların keçirməsinin əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin mütəxəssislərini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.

Konfrans haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://customshospital.az/anadangelme-urek-damar-xesteliklerinin-malicesinde-masir-yanashmalar/.




İmza:

Mərkəzi Gömrük Hospitalı müəllimlər üçün "İlk tibbi yardım" təlimi keçirib

Azərbaycanda ilk dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı qapalı üsulla icra edilib

Bakıda yeni klinikanın açılışı olub

Dərdlərin dərmanı: BAL - ARAŞDIRMA

Gömrük Hospitalında uşaqlar üçün xüsusi aksiya keçirilir

“Gənclər Mərkəzi Gömrük Hospitalında tibbi xidmətlərə 50% endirimdən istifadə edəcəklər

Vaqif Qarayev: Yaxşı olar ki, gənclərimiz ailə qurmaq fikrinə düşməmiş...

HƏKİM MƏSLƏHƏTİ

Lənkəran limonu, məcun deposu...

Cərrah Dr.Elnur Pirəliyev “Həkim məsləhəti” rubrikasında öz tövsiyələrini bölüşüb

Nazirlikdən rüşvət alan həkimlə bağlı RƏSMİ AÇIQLAMA

Ən çox ölümə səbəb olan xəstəliklər və əsas səbəbləri

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK