hacklink Adalet.az | Moskvada yaşayan azərbaycanlılarla görüş keçirilib - FOTO Adalet.az | Moskvada yaşayan azərbaycanlılarla görüş keçirilib - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Moskvada yaşayan azərbaycanlılarla görüş keçirilib - FOTO

6651    |   2019-12-02 10:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyətinin Moskvada yaşayan azərbaycanlılarla görüşü keçirilib.

Təbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edərək öncə tədbir iştirakçılarına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfəri barədə ətraflı məlumat verib. Diplomat bu səfərdən yaxşı nəticələr gözlənildiyini vurğulayıb.

Dövlət Komitəsi sədrinin bu ölkəyə ilk rəsmi səfərini və Rusiya azərbaycanlıları ilə aparılan işi yüksək qiymətləndirən səfir soydaşlarımızın çətinliklərindən bəhs edib, problemlərdən çıxış yolları, diaspor təşkilatlarının fəaliyyəti, onların arasındakı münasibətlər barədə fikirlərini bölüşüb. Həmin münasibətlərin səmərəli müstəviyə keçirilməsi məqsədilə görülən işləri, komitənin bu istiqamətdə hansı addımlar ata biləcəyini nəzərə çatdırıb. Bu zaman o, Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasını təqdir etdiyini ifadə edib.

Ətraflı çıxışına görə səfirə minnətdarlığını bildirən Fuad Muradov toplantı iştirakçılarına Rusiyaya səfər çərçivəsində keçirilən görüşlər barədə geniş məlumat verib. Dövlət Komitəsinin tarixindən danışaraq, Heydər Əliyevin bu qurumun yaranmasındakı rolundan, Prezident İlham Əliyevin diaspora qayğısından, onun yürütdüyü diaspor siyasətinin artıq öz real nəticələrini göstərdiyindən danışıb. Komitə sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən həftə Rusiyaya rəsmi səfər etdiyini xatırladıb. Ali qonağın Rusiyada Prezident Vladimir Putin, Baş nazir Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən qəbul edilməsi, "Azərbaycan” pavilyonunun açılış mərasimində iştirak etməsi kimi hadisələrin böyük qürur hissi doğurduğunu vurğulayıb.

Ölkələrimiz arasında münasibətlərdən və bu əlaqələrin inkişaf istiqamətlərindən bəhs edərkən, Komitə sədri diasporumuzun Rusiyadakı gücü barədə fikirlərini bölüşüb. Qeyd edib ki, Azərbaycan diasporu yüksək keyfiyyət göstəricilərinə malikdir.

Daha sonra Diaspor Komitəsinin fəaliyyətini əks etdirən video çarx nümayiş olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yübiley medalı ilə təltif olunan Rauf Atamalıbəyova, Ramiz Abutalıbova və Adil Hacınskiyə medallar təqdim edilib.

Dövlət Komitəsinin adından 65 illik yubileyi münasibətilə "Strateji İnkişafın Modelləşməsi Mərkəzi”nin vitse-prezidenti Həşim Əliyev təbrik edilib.

Tədbir müzakirələrlə davam edib. Müzakirələr zamanı Rusiyadakı soydaşlarımızı maraqlandıran müxtəlif mövzulara toxunulub, fikirlər və təkliflər səsləndirilib.




İmza:

Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"

Türkiyə XİN ABŞ Senatının qətnaməsini kəskin pislədi

“Dövlət siyasətində qadınlara böyük önəm verilir” - Nazir müavini

Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

Siyavuş Novruzov: "Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində baş verən insident barədə: “Təxribat xarakterli deyil”

Nazirlər Kabineti rəsmisi: "İslahatlar davam edir"

Səfir: "Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir"

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

Hikmət Hacıyev Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - - Jurnalist

SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK