hacklink Adalet.az | Yoxa çıxmış təyyarənin aqibəti necə oldu? Adalet.az | Yoxa çıxmış təyyarənin aqibəti necə oldu? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Yoxa çıxmış təyyarənin aqibəti necə oldu?

3062    |   2019-11-30 10:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

8 Mart 2014-cü il tarixində Kuala Lumpur hava limanından çıxdıqdan bir müddət sonra itən və aqibəti bu gün qədər bilinməyən sərmişin təyyarəsi ilə bağlı həqiqətləri və deyilən fikirləri sizə çatdırırıq.

Qeyd edilən vaxtda Malaziyadan Çinə Boing 777 sərnişin təyyarəsi yola düşdü. Təyyarədə 227 sərnişin, kabin heyəti ilə birlikdə insan sayı 239 idi. Yol 5 saat idi, ancaq təyyarədə 7 saatlıq benzin vardı. Havaya qalxdıqdan 37 dəqiqə sonra təyyarə Malaziyadan çıxmışdı. Təyyarə Çinə Vyetnamdan keçərək getməli idi. Ancaq pilotdan eşidilən son sözlər "Hər şey qaydasındadır. Gecəniz xeyirə” oldu. Bu səsdən sonra təyyarə bütün radarlardan silindi və onunla əlaqə tamamilə kəsildi. Ancaq hərbi radarlarda müəyyən müddət naməlum obyekt kimi izlənilirdi, deyilir ki, təyyarə gəldiyi istiqamətə qayıdır, yəni, geri hərəkət edirdi. Əsl müəmmalı məqam təyyarənin 6 saat sonra da səmada olması idi.

Şimalı Çin dənizində ABŞ, Sinqapur, Tayland, Malaziya, Avstraliya, Vyetnam və Flippindən qatılan dəstələr birlikdə axtarış və xilasetmə əməliyyatı həyata keçirirdilər. Ancaq axtarışlar heç bir nəticə vermədi. Sərnişinlərin ailələri və yaxınlarının təzyiqi ilə ölkə axtarış sahələrini genişləndirdi. Axtarışda artıq 26 dövlət iştirak edirdi.

18 mart 2014-cü ildə nəşr olunan məqalədə maldivli jurnalist Fərah Əhməd və Əhməd Naif qeyd edirdi ki, sakinlər təyyarəni görüb. Onlar sözlərində qeyd etmişdilər ki, ilk dəfədir bu ərazidə yerə bu qədər yaxın olan təyyarə uçur. Malaziya hökuməti şərhlər haqqında heç bir şey demədi, hətta görməzdən gəldi.

Hadisədən 17 gün sonra Malaziya prezidenti təyyarənin Hind Okeanında qəzaya düşdüyünü açıqladı. Çinə tərəf getməli olan təyyarənin Avstraliyada nə işi idi? Bu açıqlamaları doğru hesab etməyən sərnişinlərin yaxınları Malaziya və Çin səfirlikləri qarşısında etiraz aksiyaları keçirməyə başladı. Onlar həqiqətin deyilməsini tələb edirdilər.


17 Yanvar 2016-cı ildə axtarışlar yekunlaşdı… Təbii ki, nəticəsiz, ancaq bu hekayədə çox qəribə məqamlar vardı.

Pilotların susmağı

Cihazların bir-bir əllə söndürülməsi

Təyyarənin itməsindən 10 saat sonra belə bəzi sərnişinlərin mobil telefonlarından siqnalların gəlməsi

Sərnişinlərdən siqnal alınsa da, təyyarənin özündən heç bir siqnalın gəlməməsi

Hadisədən sonra deyilən fərziyyələr isə aşağıdakılar idi:

Təyyarə qaçırılıb.

Pilot intihar edib.

ABŞ tərəfindən vurulub.

Hətta inanılmaz versiyalar da irəli sürülürdü, zamanda yer dəyişdirmək və qara dəliyin təyyarəni udması fikirləri belə danışılırdı.

CNN kanalında keçirilən sorğuda təyyarənin yad planetlilər tərəfindən qaçılırması fikri də öz əksini tapırdı.

Ancaq hələ də ortada nəticə yoxdur. Sərnişinlərin yaxınları hökumətin sirləri açıqlamadığını, gerçəyi bildikləri halda gizlətdiklərini bildirirlər. Nə təyyarə var, nə də ondan qalan bir iz… Doğmalarını gözləyənlərin isə yalnız ümidi var.


İmza:
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK