nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Əbülfət MƏDƏTOĞLU: MƏQAMLAR... YAŞAMLAR... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: MƏQAMLAR... YAŞAMLAR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: MƏQAMLAR... YAŞAMLAR...

Hər anın duası da, mənası da sevgidi

8321    |   2019-11-25 10:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalqın yaddaşında, leksikonunda, elə həyatının özündə də qəribə məqamlar və qəribə deyimlər var. Çox maraqlıdır ki, bu qəribə deyimlərin, məqamların bəzən yeri görünür. Necə deyərlər, adamın burnunun ucu göynəyir onlar üçün. Elə ki, şahidi oldun, eşitdin, onda içinə bir sərinlik dolur, rahatlanırsan. Sanki pörşələnən ürəyinə su səpilir...

Bax, bu mənada zaman-zaman işlədilən "hər ziyanda bir xeyir var” və yaxud "hər gecənin bir səhəri var” kimi fikirlər yuxun ərşə çəkiləndə, yerinə qor dolanda, ağrılar sinənə çöküb nəfəs almağa imkan verməyəndə daha çox yerinə düşür. Ona görə də mən arxada qalan gecənin ağrı köynəyini əynimdən çıxarmaq üçün məhz dediyim məqamalara söykənməli oluram. Deməli, ağrılar içində açdığım səhər tibbin qanunlarına, tələblərinə tabe olmayan təyziqin əlindən yenicə yaxamı qurtarıb, yenicə özümə gəlmək istəyirdim ki, telefonuma zəng gəldi. Adətən sübh tezdən gələn zənglər adamda narahatçılıq yaradır. Amma mən adət etdiyim üçün tələsmədən telefonu açdım. Səs həm doğma, həm də yaxından gəlirdi. Elə birbaşa da səs sahibi dedi:

- Əbülfət, nətərsən? Mənəm ey, Zeynəbəm, yəqin tanıdın. Bilirsən ki, mən od-alovam da, mənim üçün zaman anlayışı yoxdu. Gələndə təyyarə biletimi ikibaşlı almışam. Bu gün qayıdırma Moskvaya. Ona görə dedim heç olmasa səsini eşidim. Görüm necəsən? Uşaqlarda nə var, nə yox...

Bu, bizim qrupun ən cılız, amma ən dəcəl Zeynəbi idi. Bu çəlimsiz qız dövlət universitetində birgə oxuduğumuz illərdə hamıya elə doğmalaşmışdı ki, hər kəs onu bacı bilirdi və hər kəs də onun nazı ilə oynayırdı. Uzun illərdi ki, Moskvada yaşayır. Hər gəlişində də mütləq tələbə yoldaşlarını arayıb-axtarır. Təşəbbüs göstərir ki, bir yerə yığışaq. Amma dediyinə görə, bu dəfəki səfəri çox qısamüddətli olub. Ancaq hər kəslə telefonla danışıb. Və söz verib ki, Novruz bayramında gəlib hamımızı bir yerə yığacaq...

Mən bu məqamı yazıma ona görə əlavə edirəm ki, gecənin ağrı-acısını səhərin bu cür xoş ovqatıyla əritmək adama rahatlıq gətirir və özün də bilmədən xatirələrə qoşulub tələbəlik illərinə çıxıb gedirsən. O illərə ki, orda hər şey sənə doğma, hər şey sənə ümidverici və ən vacibi olduğu kimi görünürdü. Qurduğun xəyallar da, görüdüyün yuxular da, hətta arzuların özü də könül oxşayırdı. Adamı yaşamağa, sabahlara üz tutmağa həvəsləndirirdi. İndi isə...

Deməli, yaradılan ovqat istər-istəməz adamın işinə də, həyatına da təsir edir. Onu elə kökləyir ki, elə bil Möhlət Müslümov tarını kökləyir. Və indi barmaqlar bir "Segah” başlayacaq. Sən də o "Segah”a qoşulub öz dünyanı gəzib dolaşacaqsan. Onda görəcəksən ki:


Qopmuşam, külək əlində

Yarpağam, yarpğam, yarpaq...

Qoyma ayaqaltı olum –

Məni bağrına sıx yar, bax!


Gör necə ovulur ruhum

Hər ögey baxış altında...

Döyülmüş uşaq tək durdum –

Qəm adlı yağış altında...


Əlimi açdığım Allah,

Dilimin döndüyü adın...

Bu sevgini yaşamağa –

Məni sən doğmusan, Qadın!


Anladıqca Biri, Səni

Çəkilir gözümdən tor, bax...

Sevgisiz buraxma məni –

Qucağın açıbdı torpaq...


***

Mənim inancıma görə, heç nə təsadüfi deyil. İstər qarşılaşmaq, istər əlindəki nəyinsə düşüb sınması, istər yolu keçəndə səni maşının vurması və s.və ilaxır. Mən inanıram ki, hər şeyin kökündə bir səbəb var, bir cəzbetmə, bir cazibə qanunu var. Ona görə də kimsə mənə deyəndə ki, "müəllim, nə xoş təsadüf, görüşdük” mən nə onun dediyi "xoş” sözünə, nə də "təsadüf” sözünə önəm vermirəm. Birinci, mənimlə kiminsə görüşməsi mənə və yaxud ikinci tərəfə xoş ola bilər. Yəni burda hər kəs özü adından çıxış eləməlidir. İkincisi də biz əgər görüşmüşüksə, deməli, bu həyatımızın yazılı qanunlarından biridir. Və biz də yazılmış həyatımızı yaşayırıq. Nə qədər iddialı olsaq da, hələ kiminsə Tanrı yazdığının dəyişdiyini görməmişəm, eşitməmişəm. Ona görə də bəxt, tale deyilən bizim ruhumuzun, həm də cismimizin köynəyidir. Biz də onun içərisində yaşayırıq, gəzib dolanırıq. Bax, elə bu anın özündə də , bilgisayarla üz-üzə dayandığım məqamda da, mən dediyim və iddiasını birmənalı qəbul etdiyim fikrin daşıyıcısıyam. Ən azından ona görə ki, bu yazı prosesində baş verən hər bir olay bu və ya digər formada mənimlə, iş prosesimlə bağlı idi. Deməli, bu, bir tale yazısıdır və hətta o yazının elə bir nöqtəsidir ki, o, adama yüklənəndə içindən sanki daş asılır, göyərməyən, qapqara bir daş. Çox şükür ki, o daşın səsini batıran gur, həzin, kövrək, necə deyərlər, bütün calarların toplusu olan bir səs hər an mənimlədir. Hətta:


Səsin səhərə kimi

Mənimlə baş-başaydı...

O səs mənim ruhumu –

Ovutmağı bacardı...


Bir az layla biçimli,

Bir az "Segah” ovqatlı...

"Tərəkəmə” içimi –

Səsdən qopub oynatdı...


Bir az yay zümzüməsi

Bir az payız notları...

Səndə ilahi səsin –

Varmış bütün kodları...


Mən səsinə üz qoyub

Udmuşdum nəfəsimi...

Allahım, sən də qoru –

Mənim səs qəfəsimi!..


Bu, əslində nə dua deyil, nə yalvarış. Bu, sadəcə olaraq hər an mənimlə baş-başa olan bir səsin özəlliklərini etiraf etməkdi, dilə gətirməkdi. Mən də bunu etməyə çalışıram. Və təbii ki, etirafı da özümün böyüklüyüm kimi yox, Allahımın önündə hər an diz çökməyə hazır bəndə kimi ifadə etməyə üstünlük verirəm. Axı, bütün bunların, o səsin də, sənin də, həyatımın da hər nöqtəsi, hər hüceyrəsi, hər anı Allahın mənə yazdığı taledir. Şükürlər olsun ki, o taleylə çıxdığım yol, yaşadığım həyat, yazdığım yazılar hələki bir-birindn qaçmayıb, bir-birini inkar etməyib. Necə varsa, elə də yaşanır. Yəni mənim yaşadıqlarım mənim göy üzündə ssenarisi yazılıb çəkilmiş həyatımın bəndələr arasındakı yayımıdı. Baxan, seyr edən, izləyən buna hansı qiyməti verirsə versin, mənim üçün çox da önəmli deyil. Ən zəruri olan odur ki, bir tale yazısı yuxularda da, xəyallarda da, elə reallıqda da üst-üstədir və öz-özünü təsdiq edir. Zənnimcə, bundan gözəl heç nə ola bilməz.

***

Yazımın əvvəlində xalqın yaddaşına üz tutdum. Elə o yaddaşdan çıxış edərək bugünkü tale yazımın bir səhifəsinə diqqət yetirirəm. Əslində bu, diqqətdən daha çox həmin səhifəni su kimi içməkdir. Göz yaddaşına, ürəyə köçürməkdir. Deyə bilərsiniz ki, bunu niyə edirsən? Özün bildiyini yenidən tirajlamağın nə mənası var. Amma yox!..

Gəlin etiraf edək ki, təkrar etmək heç vaxt qüsur gətirmir. Söhbət burda öyrənmək məqsədli, yaşatmaq məqsədli təkrardan gedir, tutuquşu təkrarında yox. Bax, bu mənada mən göz yaddaşıma, ürəyimə köçürdüyüm həmin səhifə məhz Sənin adınla bağlıdır. Və mən də Sənin adınla bağlı olan mövcud və xəyali hər şeyə hər zaman həm biyət etmişəm, həm də ibadət.

İndi o dediyim duyğuların mən də yaratdığı assosiasiyanın özünü sanki güzgü də görürmüş kimi seyr edirəm. Hardasa, lap uzaqlarda ormanlar da var, çəmənlər də var, çiçəklər də var, lap elə yaxınlarda dibçəklər, xiyabanlar, parklar da var. Bu dediklərim olan yerdə mütləq arılar da, kəpənəklər də var. Hələ başqa böcəkləri demirəm. Və mən bir anlıq düşünürəm ki, arılar, kəpənəklər o çiçəklərlə necə bir-birinə sarmaşıb, necə bir-birinə sığınıb nəfəs alırlar. Təbiətşünaslar bəlkə mənimlə razılaşmadılar. Amma mən şair xəyalımın gücünə söykənib deyirəm ki, arılar, kəpənəklər çiçəklərlə təmasda olanda onların ürəkləri bir vurur. Onlar həmin anda eyni cür nəfəs alıb, eyni halı yaşayırlar. Axı bu onların Vüsal anıdır!..

Deyəsən bir az poetik fikirlər, duyğular məni qanadlandırdı. Amma buna peşiman deyiləm. Ən azından ona görə ki:


Hər çiçəyin,

hər gülün

tumurcuq vaxtı,

sevgi taxtı

və bir də kəpənəyə,

arıya

qovuşmaq

vaxtı var

bu dünyada...

Hər bəndə,

hər inanc sahibi

Allahına

üz tutub,

əl açıb,

diz çökür,

ürəyini

ortaya tökür

dua zamanı,

ibadət məqamları...

Həm çiçəklər,

həm güllər,

həm arılar,

həm kəpənəklər,

deməli,

həm də bəndələr

öz baxtını,

öz taxtını şərəfləndirər

sevgisiylə,

duasıyla....

Və mən

belə anlarda

özümü

kəpənək də bilirəm,

arı da,

bəndə də...

Çünki məndə

Tanrıya,

onun verdiyi sevgiyə,

yəni Sənə -

qovuşmaq

istəyi var,

tək qalmış

bir Bozqurd

ulamasıyla...


Hə, mən hərdən yolumu ibadətgahlardan, müqəddəs yerlərdən salıram. Məqsədim alnımı möhürə vurmaq deyil, sadəcə içimdə olan Allah sevgisini həmin o ocaqda Tanrı dərgahına bir az da yaxınlaşdırmaq istəyirəm. Bilmirəm, bu alınır, yoxsa alınmır... Lakin hansı ölkədə olmağımdan asılı olmayaraq, məbədə də gedirəm, kilsəyə də, məscidə də. Bunu hərəniz bir cürə yozacaqsınız. Buna şübhəm yoxdur! Amma bilin ki, mən Şeyx Sənan kimi çıxdığım bu yolda bir Allahı tanıyırım, bir də sevgi dinini. İbadətim də Allaha və sevgiyədir! Kim mənimlə həmfikirdisə, ürəyində tək bir kəlmə desin:

- Amin! Allah qəbul etsin!

... Deməli, yazımın bu yerində millət vəkili, yazıçı-publisist Aqil Abbas otağa daxil oldu. Təbii ki, bizdə həm böyüyə, həm rəhbərə sevgi, sayğı milli dəyərdir. Və yaşda məndən bir neçə bayram böyük olan dəyərli qələm dostum Faiq Qismətoğlu hamıdan öncə yerindən qalxdı. Deyərsiniz bunun yazıya nə dəxli var?! Tələsməyin, mən indi sizə izah edim:

- Birinci, ən böyük Allahdır! Sonra ağsaqqal! Və nəhayət, ən böyük Sevgidir – Allaha və ağsaqqala! Fərdi Sevgi isə hər kəsin öz sevdiyinədir! Deməli, bu fikirlərin də yazıma dəxli var idi. Və nəhayət, mənim hər an, hər dəqiqə təkrarladığım sevgi... Onun da ünvanı Sənsən...



İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
SON XƏBƏRLƏR
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK