hacklink Adalet.az | Domokl qılıncı Adalet.az | Domokl qılıncı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Domokl qılıncı

Daha bununla Türkiyəni qorxutmaq mümkün deyil

10036    |   2019-11-25 10:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ senatında hər iki partiyanın – Respublikaçılar və Demokratların uydurma "erməni genosidi” layihəsi müzakirəyə çıxarılıb. Xatırladaq ki, bir müddət əvvəl həmin qətnamə Konqresin aşağı palatasında müzükirə edilərək mütləq səs çoxluğu ilə qəbul olunmuşdu. Qətnamənin qüvvəyə minməsi üçünsə onun Senatda da qəbul edilməsi və prezident tərəfindən imzalanması lazımdır.

Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın ABŞ-a geniş beynəlxalq rezonans doğurmuş səfəri zamanı respublikaçı senator Lindsi Qrem həmin sənədin Senatda müzakirəsinə veto qoymuşdu. İndi isə başqa bir respublikaçı, Corciya ştatından olan senator Devid Pertyu öz həmkarına dəstək olaraq qətnamənin müzakirəsinə qarşı çıxıb, öz veto hüququndan istifadə edərək onun Senatda müzakirəsinin qarşısını alıb. "Trampla Ərdoğan arasında keçən həftə keçirilən görüşdən sonra prezident adminstrsiyası Türkiyə rəhbərliyi ilə əməkdaşlığı davam etdirir. Bu diplomatik gəlişmələri nəzərə alaraq mən bu qətnamənin indi (kursiv bizimdir-red.) qəbul olunmasına etiraz edirəm” – deyə o bildirib.

Senatorun hazırkı məqamda tutduğu düzgün mövqeyi vurğulamaqla yanaşı diqqəti onun sitatındakı bir məqama yönəltmək istəyirik. Nə qədər "tarixi ədalətin bərpası” kimi siyasi-poetik deyimlərin altında gizlədilsə də, qondarma "erməni soyqırımı” məsələsi Türkiyəni itaətdə saxlamaq üçün Qərbin, o cümlədən ABŞ-ın rəsmi Anqaranın başının üstündən asdıqları "Domokl qılıncı”ndan başqa bir şey olmayıb. "Erməni soyqırımı”nın yalnız Türkiyəni cəzalandırmaq və ya ondan nəsə qopartamaq lazım gələndə Qərb siyasətçilərinin yadına düşdüyünü bir italiyalı diplomat hələ ötən əsrdə söyləmişdi.

Hər il aprelin 24-də Türkiyə, eləcə də Azərbaycan ictimaiyyətinin gözləri Ağ evə dikilir ki, görəsən, ABŞ prezidenti "soyqırım” kəlməsini işlədəcək, ya yox. Prezidentlər də intizar içində keçən sayılı günlərdən sonra bu kəlməni işlətməkdən vaz keçərək hər iki topluma əsl mutluluq, həmin ölkələrin mediasına isə toy-bayram bəxş edir, bir sözlə, mükəmməl bir siyasi şou nümayiş etdirirlər.

Hələ öz prezidentliyi dönəmində bu məsələnin araşdırılması barədə müvafiq qurumlar xüsusi tapşırıq verən Ronald Reyqan həqiqəti öyrənsə də yenə susub, bu barədə ona təqdim olunan arayışda yazılanları ictimaiyyətə açıqlamayıb. Yalnız 2013-cü ildə, yəni, Reyqan prezident kürsüsünü tərk edəndən 15 il sonra onun müşaviri həmin araşdırmanın nəticəsi haqqında ictimaiyyətə məlumat verməyə özündə güc tapıb. Aşağıda müşavirin vaxtilə Azərbaycan mətbuatında da dərc edilən açıqlamasını bir daha olduğu kimi nəzərinizə çatdırırıq:

"Ağ Ev 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrlə bağlı vaxtilə araşdırma aparıb. APA-nın "Qafqaz Online” saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın müşaviri olmuş Bryus Feyn açıqlayıb. O bildirib ki, araşdırma nəticəsində məlum olub ki, "erməni soyqırımı” barədə söhbətlər əsassızdır və 1915-ci ildə öldürülmüş türklərin sayı daha çox olub: "Ronald Reyqanın tapşırığına əsasən biz o vaxt araşdırma aparmışdıq. Avropa ölkələrinin hərbi arxivlərində və Osmanlı İmperiyasının arxivlərində saxlanılan sənədlər aşkar edilmişdi. Araşdırma nəticəsində müəyyən edildi ki, o zaman öldürülən türklərin sayı ermənilərdən daha çox olub. "Erməni soyqırımı” barədə nağıllar erməni tarixçilərinin şəxsi təxəyyülünün məhsuludur. Erməni quldur dəstələri Anadoluda 2 milyondan çox türkü öldürmüşdülər”.

B. Feyn onu da əlavə edib ki, Osmanlı dövründə bütün dini və etnik azlıqlar türklərlə eyni hüquqlara malik idilər: "Türkiyədə o vaxt yaşayan yunanlar, kürdlər, çərkəzlər, ərəblər, ermənilər kifayət qədər yüksək vəzifələr tuturdular. Birinci Dünya Müharibəsi başlayanda ermənilər vətənə xəyanət edib, Osmanlı İmperiyasının düşmənlərinə qoşulublar. Ermənilər Qafqaz cəbhəsində ruslarla çiyin çiyinə döyüşürdülər. Onlar türk və gürcü kəndlərini qarət edib, insanları qırırdılar. Bizim apardığımız araşdırma zamanı türklər öz arxivlərindən istifadə etməyə icazə vermişdilər, erməni tərəfi isə qətiyyətlə öz arxivlərini açmaq istəmirdi. Düşünürəm ki, əgər bu arxivlər açılsa, bütün həqiqət üzə çıxacaq. Bu halda ermənilər bütün dünyanın qarşısında, xüsusilə türklər qarşısında tarixi yalana yol verdikləri üçün üzr istəməli olacaqlar”.

ABŞ ictimaiyyəti bu məlumatdan xəbərsiz olsa da, oxumasalar belə və yaxud oxuyub yaddan çıxartsalar da, təbii ki, ölkə siyasətçiləri, özü də təkcə o dövrdəki siyasətçilər yox, elə indikilər də həmin sənədlə, eləcə də həqiqəti əks etdirən yüzlərlə digər sənədlərlə yaxşı tanışdılar. Senator Devid Pertyu da bunu yaxşı bilir, amma bu ona haqqında danışdığımız sənədə veto qoymağını əsaslandırarkən söylədiyi və yuxarıda sitat gətirdiyimiz açıqlamasında "indi” kəlməsini işlətməyə mane olmur. Yaxşı ki, mane olmur. Çünki məhz bu kəlmə artıq "erməni genosidi”nin hansısa mifik tarixi həqiqətin təntənəsinin yox, Qərb siyasi dairələrinin konyuktur maraqlarının dolayısı yox, birbaşa etirafıdır.

Senator, ümumiyyətlə, qətnaməyə etiraz eləmir, onun indi, yəni, Türkiyənin yenidən "sözəbaxan” olmasına ümidlər yarandığı bir vaxtda qəbul edilməsinə etiraz edir. Görünür, bu "sözəbaxımlılığın” müvəqqəti yox, daimi olacağına özü də şübhəylə yanaşır.

Ərdoğanın sonuncu ABŞ səfərini əldə edilən konkret nəticələrə görə o qədər də uğurlu səfər saymaq olmaz. Amma buna baxmayaraq daha çox siyasi şou xarakteri daşıyan bu səfər bir neçə gün nəinki hər iki ölkənin, bütövlükdə dünya ictimai fikrinin əsas hadisələrindən birinə çevrildi. Bəlkə də M. Qorbaçovun bu ölkəyə səfərindən sonra onun siyasi kuluarlarında belə canlanma müşahidə edilməmişdi. Uzun illər boyu Türkiyə dövlət və hökumət başçılarının Vaşinqton səfərinin heç ABŞ gündəminin də əsas mövzusu olmadığını nəzərə alsaq, bunu Ərdoğanın böyük triumfu saymaq da mümkündür. ABŞ rəsmiləri məhz bu səfər çərçivəsində hisslərini cilovlaya, hər fürsətdə aşağıladıqları, təzyiq altında saxladıqları, sanksiyalarla hədələdikləri öz əsas hərbi müttəfiqinin son dövrlərdə ustalıqla gerçəkləşdirdiyi siyasi manevrlərdən necə əndişəyə düşdüklərini gizlədə bilmədilər.

Bir daha məlum oldu ki, Amerika Türkiyəyə lazım olduğu qədər Türkiyə də Amerikaya lazımdır. Çünki ötən əsrin 90-cı illərində ABŞ-ın Sovetlər üzərində qələbəsiylə dəyişmiş dünya düzəni məşhur "Münhen nitqi”ndən sonra artıq bir az fərqli yöndə olsa da öz köhnə məcrasına qayıtmaqda, birqütblü dünya yenidən ikiləşməkdədir.


ADALET.AZ




İmza:

Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"

Türkiyə XİN ABŞ Senatının qətnaməsini kəskin pislədi

“Dövlət siyasətində qadınlara böyük önəm verilir” - Nazir müavini

Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

Siyavuş Novruzov: "Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində baş verən insident barədə: “Təxribat xarakterli deyil”

Nazirlər Kabineti rəsmisi: "İslahatlar davam edir"

Səfir: "Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir"

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

Hikmət Hacıyev Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - - Jurnalist

SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK