hacklink Adalet.az | FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər Adalet.az | FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər

8682    |   2019-11-19 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

19 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində Nazirliyin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

FHN-dən Adalet.az-a verilən məlumata görə, görüşdə nazirliyin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin xilasedicisi gizir Fərqanə Saxrayevanı, İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Qadir Cəfərovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 22-27 oktyabr 2019-cu il tarixlərində Şimali Kiprin Girne şəhərində 11 ölkədən 250-dən çox idmançının iştirak etdiyi Döyüş Növləri Festivalı və kata üzrə Budo Dünya çempionatında Fərqanə Saxrayeva +55 kq, Qadir Cəfərov isə 75 kq çəki dərəcəsində çempion adını qazanıblar. Həmçinin, Fərqanə Saxrayeva 8-10 noyabr 2019-cu il tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 40 ölkədən 400-dən çox idmançının iştirak etdiyi WFC döyüş növləri üzrə Dünya çempionatında gümüş medala layiq görülüb.




İmza:
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK