hacklink Adalet.az | Kamran Əsədov: Ölkəmizə gələcək xarici tələbələrin sayını artırmaq lazımdır Adalet.az | Kamran Əsədov: Ölkəmizə gələcək xarici tələbələrin sayını artırmaq lazımdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Kamran Əsədov: Ölkəmizə gələcək xarici tələbələrin sayını artırmaq lazımdır

3996    |   2019-11-20 09:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada hal hazırda 5 milyon xarici tələbə var. Yəni 5 milyon nəfər öz ölkəsindən kənarda təhsil alır. 

UNESCO-nun açıqlamasına görə bu rəqəm 2020-ci ildə 7 milyon nəfər olacaq.

Dünyada bir xarici tələbənin ölkəyə gətirdiyi illik vəsait ortalama 25 min dollardır.

Türkiyədə bu 4-30 min dollar arası dəyişir.

Azərbaycanda bir xarici ölkələrdən gəlmiş tələbənin xərclədiyi pul illik 4-10 min dollar təşkil edir.

Azərbaycana daha çox Türkiyə, Rusiya, İran kimi ölkələrdən tələbələr gəlir.

Amma daha çox potensiallı ölkələr Pakistan, Qazaxıstan, Türkmənistan, Monqolustan və Ərəb ölkələridir.

Ölkəmizə gələcək xarici tələbələrin sayını artırmaq lazımdır. Bu ölkəyə gələn gəlirin də artmasına səbəb olar.

Bu gün ölkəmizdə 5 minə yaxın xarici ölkələrdən gəlmiş tələbə var. Amma Azərbaycandan kənarda təhsil almağa gedənlərin sayı 40 min nəfərdən çoxdur. Bu həm xaricə vəsait axını, ucuz işçi qüvvəsinin axını, beyin axını deməkdir.

Azərbaycanın turizm gəlirləri isə 2018-ci ildə 2.6 milyard dollar olub. Turistlərin sayı isə 6% artaraq 2.8 milyon olub.

Amma xaricdə 40 min təhsil alanın ölkədən kənara apardığı vəsaitin miqdarı daha çoxdur.
Düşünürəm ki, ölkəyə xaricdən tələbə qəbulunda yeni başlanğıca ehtiyac var.

Bunun üçün öz xidmətimi təmənnasız olaraq təklif edirəm.

Əminliklə deyə bilərəm ki, 1 il ərzində ölkəyə gələcək xarici tələbələrin sayını 15 minə qədər qaldırmaq olar. İndiyə qədər kənardan gələn tələbələrin sayının 6 mindən çox olmadığını nəzərə alsaq, pis nəticə olmaz.

2 ildir ki, "Study in Azerbaijan" layihəsini həyata keçirmək üçün qapı - qapı gəzirəm. Proqram təminatı, resurs, kadr potensialı tam şəkildə hazırdır. Amma heç kim bunda maraqlı deyil. Baxmayaraq ki, prezidentin bununla bağlı bir neçə sərəncam və fərmanı var.

Əvəzində təklif etdiyim layihəni Türkiyə və Ukrayna Universitetləri bəyənib qəbul etdi və 6 ayərzində müsbət nəticəsini də görürlər.

Qardaş Türkiyəyə xaricdən gələn tələbə sayı 125 mindir və 2023-cü il üçün 250 min rəqəmini hədəf qoyublar. Ərazisi Bakının yarısı, daha dəqiq mənim Neftçala rayon Dördlər kəndimdən bir neçə dəfə böyük olan Sinqapura xaricdən gələn tələbə sayı 80 min nəfərdir. Onların hər biri gün ərzində azı 10 dollar xərcləsə ölkəyə gələn vəsaitin miqdarı digər sektorlardan çox olduğunu görə bilərik.


İmza:

Sumqayıtda istehlaka yararsız 227 kq ət məhv edildi - FOTO

İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi

Xızıda ağacəkmə aksiyası keçirilib

Atəşkəs rejimi 23 dəfə pozuldu

Xaldan-Şəki magistralı və Şəki şəhərinin giriş yolu yenidən qurulur

Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılır

Bakıda vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxıldılar

RƏŞAD MAHMUDOV VƏ MİRCƏLAL KAZİMİ ƏZRAYILA MEYDAN OXUDULAR

Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib - Nazirlər Kabineti

Bakıda məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

Məleykə Abbaszadə: Dövlət idarəetmə sistemindəki islahatlar standartların dəyişməsinə dəlalət edir

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK