hacklink Adalet.az | "Azərbaycanla oyunda problemlə qarşılaşa bilərik" - Rayan Giqqz Adalet.az | "Azərbaycanla oyunda problemlə qarşılaşa bilərik" - Rayan Giqqz Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"Azərbaycanla oyunda problemlə qarşılaşa bilərik" - Rayan Giqqz

12435    |   2019-11-15 15:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bakıda olmaqdan çox məmnunam. İnanıram ki, burada vaxtımızı yaxşı keçirəcəyik".

Qol.az xəbər verir ki, bu sözləri Uels yığmasının baş məşqçisi Rayan GiqqzAvro-2020-nin seçmə mərhələsində sabah Bakıda millimizlə keçiriləcək oyun üçün təşkil edilənmətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis zədəsini yenicə sağaldan Qaret Beylin sabah meydana çıxa biləcəyini söyləyib: "Beyl bu yaxınlarda zədələnmişdi. Amma onun vəziyyəti hazırda yaxşıdır”.

Giqqz final mərhələsinə vəsiqə əldə etmək üçün mütləq millimizə qalib gəlməli olduqları qeyd edib: "Oyunda nizam-intizam qaydaları vacibdir. İlk günlər məşq üçün çətin oldu. Məşq etməyə zamanımız məhdud idi. Azərbaycanla oyun asan olmayacaq. Bu rəqibin Xorvatiyadan xal aldığını bilirik. Qalib gəlməyə çalışacağıq. Problemlərlə qarşılaşa bilərik. Amma qalib olmağa çalışacağıq".

Giqqz vaxtilə futbolçu kimi Azərbaycan millisinə qarşı oynadığını da xatırladıb: "O vaxtlar futbolçu kimi oynamışdım. İndi baş məşqçiyəm. Amma baş məşqçi kimi rəqib olmaq daha çətindir".

Qeyd edək ki,sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.




İmza:
SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK