hacklink Adalet.az | Bəxtiyar Hacıyev Paşinyanı çətin duruma saldı - VİDEO Adalet.az | Bəxtiyar Hacıyev Paşinyanı çətin duruma saldı - VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Bəxtiyar Hacıyev Paşinyanı çətin duruma saldı - VİDEO

9857    |   2019-11-14 09:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanlı fəal Bəxtiyar Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanı çətin duruma salıb.

Hadisə Paris Sülh Forumunda yaşanıb.

Bəxtiyar Hacıyevin Paşinyana Qarabağla bağlı ünvanladığı sual Baş naziri çətin vəziyyətə salıb:

"Mən hazırda Ermənistanın nəzarətində olan ərazidə doğulmuşam. Amma təbii olaraq öz doğulduğum yerə gedə bilməmişəm. Siz münaqişə ilə bağlı bir çox beynəlxalq reaksiyalara istinad etdiniz. Amma eyni zamanda, başqa beynəlxalq qərarlar var ki, onlar erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir. Avropa Birliyi ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycan belə bir təklif vermişdi ki, ermənilərlə azərbaycanlılar birgə yaşaya bilərlər. Bu, işin birinci tərəfidir”.

Birinci sualdan sonra Paşinyan qeydlər etmək üçün qələm axtarmağa başlayıb. B.Hacıyev bildirib ki, əgər ona qələm lazımdısa, o öz qələmini Paşinyana verə bilər. Baş Nazir əvvəlcə imtina etmək istəsə də, sonra qələmi Bəxtiyardan alıb.

"Bu, Azərbaycandan bir hədiyyədir”,- deyə B.Hacıyev qələmi Paşinyana verib və sualına davam edib:


"Digər məsələ bundan ibarətdir ki, siz ermənilərin və erməni soyadlı insanların Azərbaycana gedə bilmədiyini demisiz. Amma mən sizə xatırladıram ki, Birinci Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev auditoriyanı sakitləşməyə çağırmışdı və onlardan qalib gəlmiş erməni idmançıya hörmət etməyi xahiş etmişdi. Biz hamımız başa düşürük ki, sülh, konfliktin həlli bütün regionda vəziyyətin sabitləşməsi və çiçəklənməsi deməkdir. Siz qarşı tərəfin Baş naziri kimi Xankəndində "Qarabağ Ermənistanındır” demisiz. Bu, məsələnin sülh yolu ilə həll edilməsinə necə yardım edə bilər?”

B.Hacıyev eyni zamanda xatırladıb ki, Azərbaycan Prezidenti "Dağlıq Qarabağ Azərbaycandır və nida” ifadəsini də işlədib.

Paşinyan suala cavab verməkdə çətinlik çəkib. O, bundan öncə verdiyi açıqlamalara istinad edərək, ciddi bir arqument göstərə bilməyib.

Sonradan B.Hacıyev sözügedən görüşü və qələm dialoqunu belə şərh edib: "Tədbirə gəlib, qələmi yox idi. Çıxarıb qələm verdim, dedim hədiyyəm olsun. Sonra köməkçilərindən biri qaytardı ki, sağ ol, lazım deyil. Mən də dedim aldıqlarınızın hamısını belə qaytaracaqsınız”.(modern.az)




İmza:

Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"

Türkiyə XİN ABŞ Senatının qətnaməsini kəskin pislədi

“Dövlət siyasətində qadınlara böyük önəm verilir” - Nazir müavini

Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

Siyavuş Novruzov: "Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində baş verən insident barədə: “Təxribat xarakterli deyil”

Nazirlər Kabineti rəsmisi: "İslahatlar davam edir"

Səfir: "Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir"

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

Hikmət Hacıyev Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - - Jurnalist

SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK