ANA SƏHİFƏ / MƏMLƏKƏT

MirHəsən Seyidov: "Sevindirici haldır ki, ”İrəli” İctimai Birliyinin..."

6432    |   2019-11-08 14:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov Birlik tərəfindən Dövlət Bayraq Gününə həsr olunan "Üçrəngli Bayrağın Kölgəsində Mən” milli vətənpərvərlik aksiyası haqqında fikirlərini bildirib. MirHəsən Seyidov ölkədə ciddi rezonans doğuran bayraq təşəbbüsü ilə bağlı qeyd edib ki, aksiyanın uğurla davam etməsi ölkədə vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir: "2014-cu ildə "İrəli” İB-nin təşəbbüsü ilə dahi şairimiz Bəxtiyar Vahabzadənin "Bayraq" şeirinin geniş vüsət alaraq Azərbaycan ictimaiyyətinə təqdimatının hazırlanması, "Bayraq" əsərinin məşhurların ifasında səslənməsi ilə aksiyaya start verdik. 2016-ci ildə Azərbaycan ordusunun, gəncinin Aprel döyüşlərinin şanlı qələbəsinə ölkəmizdə həmrəylik nümayiş etdirmək məqsədi ilə "Eyvanlara bayraq asaq" aksiyasına başladıq. Beləliklə, zəfər sorağımız olan şanlı bayrağımızın eyvanlarda asılması ölkəmizdə daha da geniş vüsət almağa başladı.”

"Sovet ittifaqının hələ mövcudluğunu saxladığı dövrdə üçrəngli bayrağımız Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinə gətirilib, muxtar respublikanın bayrağı kimi təsdiqlənib. Bu, Azərbaycan xalqının azadlıq ruhunu daha da qüvvətləndirib və müstəqilliyimizin bərpasında önəmli rol oynayıb. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman bildirir ki, gənclər vətənpərvər ruhda yetişməlidir. 2019-cu il Prezident İlham Əliyevin gənclərlə görüşündə vətənpərvərlik, milli ruh fikirlərinə əsaslanaraq, İRƏLİ illərdir başlayan bu ənənəni davam etdirərək, Azərbaycanı "Üçrəngli bayrağın kölgəsində" toplamağa başladı. Artıq 26 oktyabr tarixindən etibarən davam edən aksiyamızda #BayraqMenliyimdir adı ilə yüzlərlə gənc, "İrəli" İctimai Birliyinin üzvləri ilə yanaşı, nazirliklər, ali təhsil ocaqları, peşə təhsili müəssisələri, olimpiya idman kompleksləri, gənclər və idman idarələri, gənclər təşkilatları, gənclər evi və mərkəzləri, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları, müxtəlif idman federasiyaları, mətbuat orqanları və digər dövlət və özəl qurumlar aksiyaya öz dəstəklərini göstəriblər”-deyə, sədr bildirib.

MirHəsən Seyidov onu da qeyd edib ki, Azərbaycan gənci hər zaman vətənpərvər ruhda, torpağına, bayrağına bağlı olmalıdır. Biz də hər zaman bu mənəvi dəyərlərin inkişafı üçün çalışırıq. Bu bizim ümummilli məsələmizdir. Mübarizə əzmimizin ən bariz nümunəsidir. Üzərində yüzlərlə şəhid qanı, qazi şücaəti daşıyır bu bayraq. Məhz bu səbəbdən səsimizə səs verib, şanlı bayrağımızı eyvanlarında dalğalandıran bütün şəxslərə təşəkkür edirəm.




İmza:

Dəmir Yollarından pandemiyadan sonrakı fəaliyyətlə bağlı AÇIQLAMA

İlham Əliyevdən sərt açıqlama: “Mənzillər rüşvət müqabilində paylanılır”

Azərbaycan Ordusunun arsenalına ən müasir silah və texnikalar daxil edilir - VİDEO

Lənkəranın altı kəndinin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb - VİDEO

Abşeron dairəvi dəmir yolunda xəttə əlavə qatarlar qoşula bilər - SƏBƏB

Rəsulzadə ləkə götürməz - Mais Əlizadə yazır

Ramazanın 26-cı gününün duası: imsak və iftar vaxtı

Prezidentə yazırlar: Sizin kimi liderimiz olduğu üçün özümüzü xoşbəxt vətəndaşlar hesab edirik

Mayın 18-i üçün teledərslərin cədvəli müəyyənləşdirilib

“20 yanvar” dairəsində yenidənqurma işləri yekunlaşdı - VİDEO

Zaqatalada gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı - VİDEO

Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan YENİ TƏLƏBLƏR açıqlanıb

Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA

Bakıda bağ evlərinin icarə qiymətləri artacaq - PROQNOZ

Azərbaycan mətbəxində dovğa: Soyuq-isti fərqi yoxdu, yeyin-için...

İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahında

İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında

Azərbaycanda karantinə alınan icra başçısı danışdı: “Heç kimlə təmasda olmamaq...” - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış oldular - FOTO

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK