hacklink Adalet.az | Maşallah Məftun: BAYRAĞIM Adalet.az | Maşallah Məftun: BAYRAĞIM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Maşallah Məftun: BAYRAĞIM

6476    |   2019-11-08 11:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sevincim,busatımsan,şanımsan,şöhrətimsən,
Mən sənəm, sənsə mənsən, ölməyən mənliyimsən,
Qoy bütün dünya bilsin, sən mənim kimliyimsən,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

Ürəyim alovludu, danış şanlı bayrağım,
Tarixin yaddaşında qara günlü bayrağım,
Ucal, ucal göylərə, mənim milli bayrağım,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

Anaların göz yaşı, axıdıldı qanımız,
Min əzab-əziyyətə düçar oldu canımız,
Sınandıq milyon kərə, sınmadı inadımız,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

Ağır illərin idi yanında əsgər oldum,
Qana-qan hökmü başda,bu yolda leşkər oldum,
Kimə bir sevgi dünya,kimlərə şikar oldum,
Qibtə edir kainat,göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

Nələr çəkdi deməzsən, bu bəlalı başımız,
İllərə qurban getdi baharımız, qışımız,
Bəzən zəhərə döndü süfrəmizdə aşımız,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

İllərlə kürələrdə dəmir olduq yadlara,
Əritdilər, uddular, cəbir olduq yadlara,
Boş mədələr dolmaqçın xəmir olduq yadlara,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

Dilimizi dandılar, özümüzü dandılar,
Bizi yox etmək üçün ocaqda yandırdılar,
Şükür olsun İlahi – nəhayət ki, qandılar,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!



Çox qınayıblar bizi -birdə qınanmaz, yetər,
Çox sınayıblar bizi- birdə sınanmaz yetər,
Atəşlərdə yanmışıq- birdə yananmaz yetər,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

Ulu Dərbənd ulusum, ürəkdə şah damarım,
Ulu Təbriz ulusum, ürəkdə qan damarım,
Ulu Göycə ulusum, canımda can damarım,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!


Başım göylərə çatır, dürrüm, zəkam, qüdrətim,
Səkkiz guşə ulduzum, ay üzlüm, məğrur, mətin,
Azadlıq çox şirindi, bu yoldan dönmək çətin,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

İstiqlal günəşisən - fəqət neçə ünvana,
Nur saçırsan nurunla – milyonlar gəlir cana,
Tanrı sevgisisən sən bu gün Azərbaycana,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

Alovdilli enməzim,sən amalım, adımsan,
Zülmətlərdə sönməzim,sən köküm, əcdadımsan,
Sən əqidə meydanım, sən bayraq vicdanımsan,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

Neçə minilliklərin sorağında xoş sədan,
Açılmaz tilsimlərin marağında xoş sədan,
Kökü Şumerdən gələn yarağında xoş sədan,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

Inqilablar beşiyi- Bakım sənlə öyünür,
Zülm, məşəqqət görmüş, qəlbi sənlə döyünür,
Dünən səni dananlar bu gün sənlə söyünür,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

Ağah ol –bayrağımız əlimizdədi ya Rəbb,
Adına şüküranlıq dilimizdədi ya Rəbb,
Kürreyi-ərzə sevgi qəlbimizdədi ya Rəbb,
Qibtə edir kainat,göylər sənə bayrağım,
Tarix bu həqıqətı söylər sənə bayrağım!

Varlığım mə`na dolu üç rəngində cəmlənib,
Hissi daşa dönənlər gecə-gündüz qəmlənib,
Sevincdən sevgilimin kiprikləri nəmlənib,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!

Sən zamanın döşündən süd əmən bir pələngsən,
Zülmətləri əridən nəhənglərdən nəhəngsən,
Əbədiyyətdən doğan, əbədi bir çələngsən,
Qibtə edir kainat, göylər sənə bayrağım,
Tarix bu həqiqəti söylər sənə bayrağım!




İmza:
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK