ANA SƏHİFƏ / MƏMLƏKƏT

İcra başçısının müavini: İrandakı zəlzələ nəticəsində Astarada dağıntı və tələfat qeydə alınmayıb

5825    |   2019-11-08 10:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gecə İran ərazisində baş verən zəlzələ nəticəsində Astara rayonunda hiss edilən təkan qeydə alınsa da, hər hansı dağıntı və tələfat baş verməyib.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib.

Onun sözlərinə görə, zəlzələdən sonra icra hakimiyyətinə binalarda çatların əmələ gəlməsi, tələfatın qeydə alınması ilə bağlı heç bir müraciət daxil olmayıb: "Hazırda rayonda həyat öz axarı ilə davam edir, məktəblərdə tədris var, heç bir problem yoxdur. Hazırda bizim hiss edə biləcəyimiz təkan da qeydə alınmır”.

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub.

Yeraltı təkanlar 6 bal gücündə olub. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Trend-ə bildirib ki, bu gecə İran ərazisində baş verən zəlzələlərdən sonra Azərbaycanın cənub zonasında yeraltı təkanların qeydə alınması davam edir. Onun sözlərinə görə, güclü zəlzələdən sonra yaxın ərazilərdə yeraltı təkanların qeydə alınması normaldır.




İmza:

Pandemiya Azərbaycanın kənd təsərrüfatına ciddi təsir etməyib - RƏSMİ

Səfər Əbiyev əsgərlərin həyatına necə qəsd edirdi? - FAKTLAR

Qadağadan sonra Bakı küçələri boş qaldı

Bərbərxanalar və gözəllik salonları onlayn növbə rejiminə keçməlidir - VİDEO

Həftəsonu icazəsiz küçəyə çıxanlar nə qədər cərimələnəcək? - VİDEO

Nazirlik 150 obyektdə pozuntular aşkarladı - FOTO

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

"Azərsu": Neftçala və 7 kəndin içməli su təminatı üçün texnika ayrılıb

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

Vətəndaşlar zibil atmağa da gedə bilməzlər - DAXİLİ İŞLƏR NAZİRLİYİ

5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Həftəsonu çalışanlar işə necə gedib-gələcəklər? - VİDEO

SON XƏBƏRLƏR
2020-06-06
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK