ANA SƏHİFƏ / MƏMLƏKƏT

Yeni icra başçısı sakinləri ayaq üstə dinlədi - FOTO

5666    |   2019-11-07 13:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq ölkə başçısının müvafiq sərəncamı ilə Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin olunmuş Anar Tağıyev Yevlax şəhərində sakinlərlə ilk görüşünü keçirib.

Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə şəhərin Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə ümumilikdə 500 nəfərdən çox insan toplaşıb.

Ənənəvi formatdan kənar keçirilən görüşdə çıxış edən Yevlax Rayon İcra Hakimiyyətinə başçısı A.Tağıyev bildirib ki, ölkə başçısı tərəfindən ona böyük etimad göstərilərək Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Prezidentin qəbulunda olduğu zaman tapşırılan vəzifələrlə yanaşı ilk növbədə rayon sakinlərinin müraciət və problemlərinə həssaslıqla yanaşmağı tapşırıb.

A.Tağıyev qeyd edib ki, son illərdə Prezidentin həyata keçirdiyi siyasət nəticəsində pespublikanın bütün guşələrində olduğu kimi Yevlax rayonunda da böyük işlər görülüb. Lakin bir sıra problemlər qalmaqdadır və onların aradan qaldırılması üçün əlindən gələni edəcəyinə, ona göstərilən etimadı doğruldacağına söz verib.

"Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində 4 saatdan çox müddətdə və sakinlərin böyük fəallığı ilə keçən, 80-ə yaxın sakin çıxış etdiyi görüşdə vətəndaşların bütün sahələri əhatə edən təklif və müraciətləri nəzarətə götürülərək icrası ilə bağlı müvafiq qurum və vəzifəli şəxslərə tapşırıqlar verilib. Bütün çıxışlarda sakinlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.




İmza:

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı - FOTO/VİDEO

Güclü yağışlardan sonra çaylardakı vəziyyət açıqlandı

Hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib - VİDEO

Dənizdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA

Məişət tullantılarının daşınması ilə əlaqədar Bakıda islahatlar aparılır - RƏSMİ

Türkiyəli hərbçilər Naxçıvanın tarixi-mədəni yerlərini ziyarət etdilər - FOTO

İctimai iaşə obyektləri çimərliklərə onlayn çatdırma edə bilər - RƏSMİ

TƏBİB: Açıq havada kiçik kafelərin işləməsi məsələsi müzakirə ediləcək

Çimərliyə gedərkən hansı qaydalara əməl etmək lazımdır?

Çimərliklərin iş qrafiki müəyyənləşib - RƏSMİ

Ülvi Mehdiyev: Çimərliklərə getmək üçün xüsusi icazə ehtiyac yoxdur

Regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur

SON XƏBƏRLƏR
2020-08-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aazyaşlı 3 uşaq küçədə söhbət edir.
Birinci uşaq:
— Bilirsiniz, atamla anam çoxlu pul verib məni leyləkdən alıblar.
İkinci uşaq:
— Mənim atamla anam çoxlu pul verib məni Şaxta Babadan alıblar.
Balaca Şakir :
— Mənim atamla anam kasıb olduğu üçün məni özləri düzəldiblər.

İndi biz kasıb və kiçik dövlət olduğumuz üçün gərək öz başımızın çarəsinə özümüz baxaq





digər lətifələr
ARXİV
FACEBOOK