ANA SƏHİFƏ / GÜNDƏM

Alimlərə verilən şəhadətnamələrin forması təsdiq edildi

5190    |   2019-11-07 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nazirlər Kabineti "Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar ­haqqında sənədlərin ­nostrifikasiyası ­(ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar ­attestasiya əsasında tanınması barədə şəhadətnamələrin ­formasını" təsdiq edib.

Adalet.az-ın məlumatına görə, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilir.

Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə A4 ölçüdə mühafizə nişanlı kağızda çap olunur.

Xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə açıq mavi, xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə isə açıq çəhrayı rənglidir.

Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilində tərcüməsi ilə birlikdə etibarlıdır.

Komissiya xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə verdiyi şəhadətnamələrin uçotunu aparır.

Şəhadətnamə Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

Nazirlər Kabinetinin digər qərarı ilə "Dosent və professor elmi adları barədə attestatların forması" da təsdiq edilib.

Dosent attestatının cildi tünd göy, professor attestatının cildi tünd qırmızı rənglidir. Komissiya dosent və professor elmi adı barədə verdiyi attestatların uçotunu aparır. Attestat Azərbaycanın dövlət dilində tərtib edilir.



İmza:
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK