hacklink Adalet.az | Vaxtilə "Real"ın sədri İlqar Məmmədovu dəstəkləyənlər indi onu istefaya çağırır Adalet.az | Vaxtilə "Real"ın sədri İlqar Məmmədovu dəstəkləyənlər indi onu istefaya çağırır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Vaxtilə "Real"ın sədri İlqar Məmmədovu dəstəkləyənlər indi onu istefaya çağırır

8019    |   2019-11-06 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Real" üzvləri öz potensiallarını reallaşdırmaq istəyirlərsə, İlqar Məmmədov partiya rəhbərliyindən istefa verməlidir.

Trend-in məlumatına görə, bunu Aslan İsmayılov deyib. Vaxtilə "Real" partiyasına böyük ümid bəslədiyini bildirən A.İsmayılov qeyd edib ki, İlqar Məmmədov azadlığa çıxdıqdan sonra çıxışları onda məyusluq hissi yaradıb:

"Bu barədə fikirlərimi açıq şəkildə bölüşdüm. Bu gün hay-küylə istefa verən Azər Qasımlı adımı çəkməsə də tənqidimə cavab olaraq məni ən ağır formada təhqir edib İ.Məmmədovu müdafiə etmişdi. Əminəm ki, A.Qasımlının istefası "Real"ın xeyrinədir. Ancaq yenə əvvəllər dediyim fikrimi bir daha təkrarlayıram. İ.Məmmədov partiya rəhbərliyindən istefa verməli, rəhbərliyə partiyadakı gənclərdən biri gətirilməli və kollektiv idarəetmə davam etməlidir. Əks halda, "Real"ı AMİP-in aqibəti gözləyir".

Xatırladaq ki, "Real" partiyası Məclisinin başqanı Azər Qasımlı sədr İlqar Məmmədovun avtoritar qərarlarına görə bu gün partiyadan istefa verib.





İmza:
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK