hacklink Adalet.az | Aybəniz Haşımova əsəbiləşdi: Mənim uşağımı bezdirdilər - VİDEO Adalet.az | Aybəniz Haşımova əsəbiləşdi: Mənim uşağımı bezdirdilər - VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Aybəniz Haşımova əsəbiləşdi: Mənim uşağımı bezdirdilər - VİDEO

2933    |   2019-11-06 17:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənim Fərid Məmmədov kimi mükəmməl istedada malik tələbəm ölkədən getməməli idi. O, elə birinci idi. Onu kimlər küsdürdü? Mənim uşağımı bezdirdilər.

Bu sözləri Əməkdar artist Aybəniz Haşımova "Eurovision 2013”təmsilçimiz Fərid Məmmədov haqqında ATV-də yayımlanan "ŞOU ATV” verilişində dilə gətirib.

Haşımova Məmmədovun bezdiyini bildirərək, ölkədən getməsini bu cür şərh edib:

"Bir peşəkar insankimi deyirəm, Fərid "Eurovision” müsabiqəsində çıxış edən zamanondan mükəmməl ifaçı yox idi. Mən ömrümün 20 ilini Fəridlərə xərclədim, onları səhnəyə gətirdim. Mənim uşağım gedib ABŞ-da fəhləlik edir, zülm çəkir.

Mən öz Azərbaycanımda fəhləlik edərəm, başqa ölkədə yox. Mənim tələbəm niyə Azərbaycanı tərk etməlidir? Niyə gedib ABŞ-da kuryer işləməlidir?Televiziyalardan soruşmaq istəyirəm ki, niyə o, xaricdə gedib kuryer kimi çalışır? Fərid dünyaya tək-tək gələn istedadlardandır. Fəridin anasından soruşdum ki, o, niyə getdi? Qayıtdı ki, uşağa hər yerdə qadağa qoyublar. Hansısa bir insandan küsüb, o da Fəridə belə edib”.

Aparıcı Nanə Ağamalıyeva isə "Dəfələrlə onu efirimə çağırdım, gəlmədi. O, özünə telekanallara çıxmağa qadağa qoymuşdu. Hətta Ranar Musayevdən dəfələrlə xahiş etdim, Fəridi efirimizə çağırsın” deyə Aybəniz Haşımovanın qalmaqallı çıxışına etiraz edib.

Qeyd edək ki, "Eurovision-2013”də Azərbaycanı İsveçrədə "Hold me” bəstəsi ilə təmsil edən Fərid Məmmədov ailə həyatı qurduqdan sonraABŞ-a köçüb və hazırda orada kuryer kimiçalışır.(oxu.az)



İmza:
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK