hacklink Adalet.az | Gələn ilin büdcəsi komitələrin “süzgəcindən keçdi” - Deputatların təklifləri nəzərə alınacaq Adalet.az | Gələn ilin büdcəsi komitələrin “süzgəcindən keçdi” - Deputatların təklifləri nəzərə alınacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Gələn ilin büdcəsi komitələrin “süzgəcindən keçdi” - Deputatların təklifləri nəzərə alınacaq

8221    |   2019-11-06 17:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 6-daMilli Məclisin komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi davam etdirilib.

Əmək və sosial siyasət komitəsinin sədri HadiRəcəbli bildirib ki, ölkə tarixində ilk dəfədir büdcə xərclərinin 39,5 faizi sosial sahəyə ayrılır.

"Sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılması isə dövlətin iqtisadi qüdrətinin yüksəlişindən xəbər verir”, - deyə H.Rəcəbli əlavə edib.

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, büdcənin sosialyönümlülüyü təmin ediləcək.

"Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq.

Ölkənin müdafiəqabiliyyətininvə təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələrvətədbirlərüçünmaliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək”.

Nazir bildirib ki, növbəti ildə Dövlət Neft Fondundan büdcəyə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə, 14,3 milyon manat az transfer nəzərdə tutulur.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov söyləyib ki,büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir.

"İlin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir. 2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur, eyni zamanda, gələn ilin dövlət büdcəsində xərclərin həcmi cari ildəkinə nisbətən artacaq.

Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir”.

İclasda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev,Ailə, Qadın və Uşaq məsələləriüzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdikləri qurumların əsas büdcəparametrlərində 2020-ci ilüçün nəzərdətutulan dəyişiklikləri açıqlayıblar.

Sonra deputatlar Rauf Əliyev, Elmira Axundova, Qənirə Paşayeva, İlham Məmmədov, Jalə Əliyeva, Sədaqət Vəliyeva, Rafiq Məmmədhəsənov, Rəşad Mahmudov, Mixael Zabelin 2020-ci ilin büdcə layihəsinin proqnozları ilə bağlı fikirlərini bildiriblər.

Qeyd olunub ki, gələn il ölkədə mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin icrası davam etdiriləcək, büdcə xərcləri sosial və investisiya yönümlülüyü saxlanılacaq.

Müzakirələr yekunlaşdıqdan sonra Maliyyə naziri Samir Şərifov iclasda səslənən təklifləri cavablandırıb. O qeyd edib ki, bir sıra təkliflər nəzərdən keçiriləcək.

Müzakirələrdən sonra qanun layihəsiparlamentin plenar iclasına tövsiyə olunub.(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK