ANA SƏHİFƏ / DÜNYA

Berdiməhəmmədovdan nazirə şiddətli töhmət

26413    |   2019-11-06 15:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkmənistan Milli Təhlükəsizlik naziri Yalım Berdiyevə şiddətli töhmət elan edilib.

Adalet.az xəbər verir ki, bu məlumatı Türkmənistan dövlət mətbuatı yayıb. Məlumata görə, şiddətli töhmət Dövlət Təhlükəsizlik Şurasının iclasında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən elan edilib. Ona şiddətli töhmətin öz səlahiyyətlərini lazımi qaydada icra edə bilmədiyi üçün verildiyi bildirilib.

Qeyd edək ki, Yalım Berdıyev Türkmənistan Milli Təhlükəsizlik Nazirliyinə iki dəfə rəhbərlik edib. Birinci dəfə o bu vəzifəyə 2011-2015-ci illərdə rəhbər gətirilib, ikinci dəfə isə bu vəzifəyə 2018-ci ildə layiq görülüb.



İmza:
SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK