ANA SƏHİFƏ / SİYASƏT

Deputat: "Freedom House" hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutub

8971    |   2019-11-06 13:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Freedom House" hüquq müdafiə təşkilatı dünya ölkələrində internet azadlığı ilə bağlı növbəti illik reytinqini dərc edib və ölkəmizi 65 ölkə arasında 48-ci çıxarıb. Bu təşkilatın Azərbaycana qarşı qərəzini hər kəs bilir. Onu da yaxşı bilirik ki, ümumən qurumun hesabatları siyasi xarakter daşıyır. Trend-in məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, "Freedom House" internetin azad olmadığı ölkə kimi əhalisi 1 milyard 200 milyonu keçən Çini göstərir:

"Təşkilatın reytinqində birincilik isə İslandiyaya məxsusdur. O İslandiyaya ki, əhalisinin sayı 300 mindən bir az artıqdır. Hələ mən ərazi barədə müqayisə aparmıram. Məsələyə sadə məntiqlə yanaşsaq, Çində hər bir halda internetlə bağlı problem İslandiyadan çox olmalıdır. Amma bunun önəmi yoxdur. Çünki məqsəd Çinin belə demək mümkünsə, azadlıqsevməz mənfi təqdimatına yönəlib”.

Ə.Amaşovun sözlərinə görə, "Freedom House" hesabat hazırlayarkən dünyada şəbəkə istifadəçilərinin 87%-nin yaşadığı 65 ölkəni araşdırıb: "Yanaşma qəribədir. Görəsən, siyahıda birinci olan İslandiyanın payına neçə faiz düşür? Və ya ona düşən faiz imkan verirmi ki, ölkə birinci olsun?

Deməli, internetin 87 faizi dünyadakı iki yüzə yaxın ölkədən 65-də cəmlənirsə, məntiqlə internetin azadlıqdan kənar mahiyyətini yerdə qalan ölkələrdə axtarmaq lazımdır. Təbii ki, niyyət safdırsa...

Azərbaycana keçməzdən öncə bildirim ki, "Freedom House" Gürcüstanı və Ermənistanı müvafiq olaraq 10 və 13-cü yerlərdə yerləşdirib. Bəli, təşkilat illərdir "ənənəsinə" sadiqlik nümayiş etdirir. Sən demə, Ermənistan internet azadlığına görə dünya liderlərindəndir. Ermənistan, özü də dünyada 13-cü yer. Tutalım, Gürcüstandakı vəziyyət bizdən yaxşıdır. Amma müqayisəli yanaşsaq, fərq bizdən hesabatda əksini tapdığı qədər yaxşı ola bilməz.

Azərbaycanda internet sahəsində problemlər var. Bunu kimsə istisna etmir. Amma məsələ "Freedom House"nin iddia etdiyi kimi də deyil. Əksinə ölkəmizdə internetin inkişafına ciddi önəm verilir. İnternet hüquqi münasibətlər sistemində özünə kifayət qədər yer tapıb. Ümumən internet Azərbaycanın həyatına daxil olub. Təkcə "facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayı 2 milyona yaxındır.

Azərbaycanda internet informasiya seqmentinin mühüm hərəkətverici qüvvəsi sayılır. Əgər problemdən danışmaq istəyiriksə, bəli deməliyik ki, bu gün ölkəmizdə internetin verdiyi imkanlardan sui-istifadə də var. Gündə bir yeni xəbər saytının adı ilə rastlaşırıq. Bəli, azadlıq kimi dəyərləndirilməli olmayan, azadlığı təhdid edən təhlükə budur.

Sonda bir daha bildirim ki, "Freedom House" hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutub. Qurum köhnə şablonlarını bu hesabatında da istifadə edib. Məsələyə belə yanaşma qətiyyən yolverilməzdir”.




İmza:

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Ermənistanın sərhəddə təxribatı və beynəlxalq reaksiyalar - Aqil Abbas, İbrahim Rüstəmli

Türkiyə parlamentindən Azərbaycana dəstək - VİDEO

Ukrayna Ali Radasının deputatları erməni təxribatını pisləyən bəyanatla çıxış edib

Cəbhə xəttində son günlərdə baş verən hadisələrlə bağlı Aydınlar partiyasının Bəyanatı

Sahibə Qafarova: "Ermənilərin törətdiyi təxribatı qınamağa çağırırıq"

XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

Peskov: Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır

Pakistandan Ermənistana SƏRT BƏYANAT

Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir

Spikerdən erməni təxribatlı ilə bağlı müraciət

Hikmət Hacıyev: Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir + VİDEO

ABŞ Azərbaycan-Ermənistan sərhədində əməliyyatları dayandırmağa çağırır

SON XƏBƏRLƏR
2020-07-15
2020-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK