hacklink Adalet.az | Mir Şahinin vaxtı - VİDEO Adalet.az | Mir Şahinin vaxtı - VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Mir Şahinin vaxtı - VİDEO

4322    |   2019-11-06 12:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır

Azərbaycan böyük sürətlə dəyişir. Dövlət göümüzün qabağında xarakter və mahiyyət etibarilə tam yenilənir. Müasir çağırışlara, qlobal dəyişikliklərə adekvat olan yeni dövlət maşını üçün yeni menecment və menecerlər təklif olunur. Ötən Prezident seçkisində İlham Əliyev öz əsas rəqibinə- köhnə idarəetmə və köhnə komanda təbiətinə qalib gəldi və bu gün öz qələbəsini dövlətin,xalqın taleyinə vüsət və sürətlə tətbiq edir. Tam məsuliyyətlə deyirəm ki, İlham Əliyev nə 2003, nə 2008, nə də 2013-cü ilin Prezidentidir. Biz Yeni Azərbaycanın yeni Prezidentini görməkdəyik. Köhnə və köhnəliklə mübarizəni sona çatdırmaqdan ötrü İlham Əliyevə 15 ildən artıq vaxt lazım oldu. Və indi islahatlara uğurla, müsbət reaksiya verən Azərbaycanı bu vəziyyətə hazır etməkdən ötrü titanik işlər görülməliydi. Bir sıra sahələr var idi ki, orda hələ sovet hakimiyyətinin ideoloji çürüntüləri qalmaqdaydı. Köhnə məmurların şərq təkidarəçiliyinə xas xarakterini dəyişmək üçün görülən tədbirlər, onların aviasiya diliylə desək uçuşda təmir edilməsi, zapravka edilməsi cəhdləri öz nəticəsini əksər hallarda vermədi. Nə az-nə çox, düz 15 il Prezident mühafizəkarlığın kök saldığı komandada öz ardıcıl siyasətini sürdürdü, həm dövlətin müstəqilliyini, həm daxili sabitliyi, həm də ölkənin regional mühümlüyünü məqsədyönlülüklə qorudu və inkişaf etdirdi. 2018-ci ildə isə yeni sürət, yeni nəfəs və yeni təkan lazım idi.Prezident yeni orbitə özünü itələyərək çıxardı və köhnəni, köhnələri, artıq öz tarixi missiyasını bitirmiş parçanı arxada buraxdı. Prezident ağıllı, intellektual dünyanın çağırışlarına Azərbaycanı əslində çoxdan hazırlamaqdaydı. Tədricə. ASAN xidmətlə. Şərq mentaliteti və basabas, tıxac camaatı üçün tamamilə yeni davranış məzmunu həm mədəniyyət, həm siyasət, həm iqtisadiyyat, həm maliyyə təzəliyi gətirmişdi. Azərbaycan 4-cü sənaye transfarmasiyasınını müasir yaşayış tərzinə ASAN yoluyla adaptasiya etməyə başladı. Prezidentin bu xidmətin hər bir məntəqəsini, ayrı-ayrı mərkəzlərini açarkən dediyi sözləri xatırlayaq. Əsas leytmotiv, əsas məqsəd nə idi: şəffaflıq, əlçatanlıq, məmnunluq, insanın insanla iş başında təmasının yarada biləcəyi neqativ risklərin azalmasından ötrü mümkün təmasların minimuma endirilməsi. Son nəticədə xalqın razı salınması. Və İlham Əliyev bu siyasəti sistemli şəkildə aparırdı. Ola bilsin ki, informasiya və hadisələrin çoxluğu fonunda 2016-cı ilin sentyabrında baş vermiş mühüm bir hadisə yada düşmür, amma biz mütləq "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklikləredilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı”nı qeyd etməliyik. Təkcə ona görə yox ki, xalq gələcək dəyişikliklərə bu həll edici sənədə səsverməklə razılığını ifadə etmişdi. Həm də ona görə ki, Prezident 2017-ci ilin fevralında Mehriban Əliyevanı birinci vitse-prezident postuna təyin etməklə ən müxtəlif sahələrdə başlanacaq ciddi dəyişikliklərə özünün ən yaxın dostu və ən sadiq silahdaşıyla getmək qərarını verəcəkdi. Birinci vitse prezident ən ciddi addımları atarkən arxalanmalı əsas silahdaş idi. Sonrakı proseslər də məntiqi davam idi. 2018-ci ilin aprelində isə artıq məşhur Aprel Tezislərinə bənzər konsepsiya ortaya qoyuldu. Amma bu Tezislərin xarakteri siyasi sosializmi, sosialist dövlətinin nəyin bahasına olursa-olsun qələbəsini, sonda isə kommunizm nağıllarının3 almasına yox, real rifaha, xalq və mükəmməl vəhdətinə, güclü və intellektial gələcəyə hesablanıb. Bununla da Əliyev mahiyyət etibarilə əsl inqilab anonsu verdi. Baş nazir Artur Rəsizadə və daha bir neçə köhnə, yaşı və iş üslubu keçmiş hakimiyyət işçisi vəzifədən uzaqlaşdırıldı. Daha sonra yeni şərait üçün ideoloji artileriya işə salındı. Artıq aydın idi ki, yeni fəaliyyət planı dönməz və qəti olacaq. Təhlükəsizlik Şurası və Daxili işlər nazirliyinin rəhbərliyinin dəyişdirilməsi isə növbəti addımların daha sürətli və daha cəsarətlə atılacağına işarə oldu. Beləliklə, İlham Əliyev dövlət maşınını tam yeniləməyə, mexaniki idarəçiliyi ən azı avtomat ötürücü qutusuna dəyişməyə, bununla da yeni yolda, daha sürətlə çalışdırmağa vadar etdi. Format dəyişir. Daha doğrusu demək olar ki, dəyişib. İndi artıq yeni menecment qaydaları ucqarlara köçürülməkdədir. Ölkənin yerli idarə olunmasının əsas fiqurları icra başçıları modern düşüncəyə malik olmalıdır. Köhnə qafayla yeni tələbləri anlamaq çətindir. Azərbaycanda yəqin ki, "filankəs sağ olsun çörək verən adamdır, qızımı köçürəndə mebelini aldı və ya allah ömür versin, başçı atamın yasında 25 kilo kərə yağıyla qapıma gəlmişdi” kimi primitiv, feodal, təhklimçi təfəkkürü bundan sonra işə yaramayacaq. Dünənin xarizmatik nazirləri, ədalı-sədalı dövlət məmurları, aramla danışa-danışa, qarşısandıkı sadə adamı sadəcə stolunun arxası hesab edən, məsələ, məsələ də yox a, tale həll edən dövlət ərləri sadəcə xidmətçiləşməlidir. Yeni dövlət əxlaqı bu yanaşmanı tələb edir. Və Prezident bu gün öz kabinetində hansısa məmuru ağ köynəklə qəbul edirsə, və artıq neçə gündür ki, bu mənəzərəyə bütün ölkə şahidlik edirsə, deməli, ağ köynəyi qorumaq lazımdır. Prezidentin məmurlarla söhbətinin digər həmkarılarının oxşar formatdakı mükalimələrindən ciddi bir fərqi var. İlham Əliyev bütün söhbəti xalqın qarşısında edir və bütün tapşırıqları xalqın gözünün qabağında verir. Yəni sabah hansısa başçı hansısa neqativ tələb irəli sürərsə və barmağını bir zamanlar olduğu kimi çoxmənalı tərzdə yuxarı qaldırarsa, Prezidentin rəmzi cərrah bıçağı işə düşəcək. İlham Əliyev hər belə görüşüylə icra başçılarına olduğu kimi, onların rəhbərlik etdiyi rayonların camaatına da mesaj göndərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

Əvvəllər öyrəşmişdik ki, Prezident bu və ya digər rayona səfərlər zamanı başçılarla görüşür, bu görüşlərin məzmunu barədə sadəcə xəsis informasiyalar paylaşılırdı. Hə başqa bir yenilik də var idi. Rayonların icra başçıları bəzən Bakıya dəvət olunurdu və onlarla da görüşlər keçirilir, belə demək olarsa vəzifə müayinəsi aparılırdı. Amma indi İlham Əliyev məmurları tək, tək qəbuul edir, bunu xalqın gözü qabağında, steneqrafik detallarına qədər edir. Bu aertıq yeni inzibati idarəetmə şəraitidir. Məsələn Prezidentin bu ilk belə qəbullarıdır. Təyinat alan məmurların cədvəl üzrə nəvbəti qəbulları da olacaq və aradakı zaman ictra nümayəndələrinin dövlət başçısı ilə görüşü üçün hesabat dövrü sayılacaq. Məsələn hansısa bir nmüddətdən sonra eyni məmur prezidentin qarşısında oturub ona verilmiş yol xəritəsilə necə hərəkət etdiyini, harda xətdən çıxdığını, harda cızıqdan çıxdığını izah etməli olacaq. Tənqid də, təqdir də, elə tənbeh də gözümüzün qabağında olacaq. Bəzən mənə elə gəlir ki, "icra hakimiyyəti başçısı” adı da dəyişməlidir. Yəni başçı sözü bəzən və bəzi məmurları orta halətdən çıxarır. Ona elə gələ bilir ki, qanı qırmızıə deyil. Normal temperaturu 36-6 yox, məsələn 60-70-dir. Bədəninin əzaları adi insanlardakından artıqdır və s. Ona görə də məsələn, bu vəzifənin adı "icra hakimiyyəti xidmətçisi ola bilər”. Həm də ona görə ki, Prezident artıq hər bir məmura hər dəfə deyir ki. gedin xalqa xidmət edin, gedin xalqa xidmət edin...Onda qoy elə onları təyinatı üzrə də adlandıraq: xidmətçi. Qoy bu da olsun mənim təklifim. Bir az əvvəl dedik ki, dövlət idarəçiliyinin məzmunu dəyişir. Və Azərbaycan hakimiyyətinin keçmişi və gələcəyi arasındakı körpünün geriyə olan hissəsi dönüş üçün tam yararsız vəziyyətə salınıb. Prezident hər şeyi edib ki, ancaq irəli gedilsin. Yeni qüvvələr və yeni templə. Bu həftə Prezident Adminstrasiyasının yeni rəhbəri də məlum oldu. Samir Niriyev. Ondan Prezident Adminstrasiyasının rəhbəri postunda tələb olunan işlərin ümumi siyahısı belədir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məqsədi dövlət başçısının Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir. Qeyd edək ki, adminstrasiya Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir. Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir. Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır. Tanıtım məlumatından görünür ki, Samir Nuriyevin işi çox olacaq. Bu təbiidir. Uğurlar arzulayırıq. Amma bu təyinatla bağıı bir xüsusi qeydim var. Bayaq söylədiyim fikirlərə tam dəstək verən qeyd. İlham Əliyev Prezident Adminstrasiyasına yeni çağırışların tələb etdiyi göstəricilərə uyğun, tam müasir düşüncə tərzinə malik menecer təyin etdi. Dəyişirik, xanımlar və cənablar! Tam. Formaca və məzmunca. Bu dəyişikliklər Azərbaycanın qlobal dəyişikliklər nəticəsində yaranan yeni dünyada təhlükəsiz və müstəqil mövcud olması üçün lazım idi. Planet son dərəcə şiddətli bir sürət yığmaqdadır. Kosmik də demək olar. Və elə bu səbəbdən də biz Prezident Əliyevin Azərrkosmos açıq səhmdar cəmiyyətinin rəhbəri Rəşad Nəbiyevlə görüşünə diqqətinizi cəlb edirik. Azərbaycanın dünyanı idarə edən dövlətlərlə eyni klubda təmsil olunması, yerinin sözün həqiqi mənasında yuxarı başda olması sıradan bir hadisə deyil.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

Yadımızda saxlayaq. Prezidentin təbrikini, Azərbaycanın Hindistan, Braziliya və Sinqapuru geridə qoyaraq Kosmik klubun ən ali tədbirini qəbul edəcəyi böyük günü... Unutmayaq. Onu da unutmayaq və nəinki bu gün, ümumiyyətlə unutmayaq ki, Azərbaycan bu uğura müsəlman ölkəsi tək imza atıb. Mü-səl-man ölkəsi tək. Müxtəlif iğtişaş senari qrupları və xaos dalğaları ixracı müəlliflərinin hədəfində yeni xarabazarlıq müstəvisi kimi nəzərdən keçirilən, nəyin bahasına olursa-olsun qarıdırılıb vətəndaş qırğınları məkanına çevrilməli olan müsəlman ölkələrinin sırasında öz iğığı, abadlığı və sabitliyi, dinamikası, ritmi ilə seçilən müsəlman ölkəsi tək. Bir az da dərinə gedək. Hesabla Azərbaycan aparıcı kütləvi meqa mediyasının gündəliyinə qarşıdurmalarla, tökülən qanlarla, yeni qaçqın dalğalarıyla, tez-tez dəyişən banan prezidentləriylə gəlməliydi. 1990-92-ci ildəki kimi dünya mediyasını cəbhə kadrları, ağlar qadın və mələr uşaqlar tutmalı, ölkənin dağılmaqda olan, parçalanan ərazilərində əcnəbi jurnalistlər xaraba yerin bayquşları kimi dolaşmalıydılar. Əbu bəkr Bağdadi öldürüldü. Onu yaxalayan itə medal verildi, onun meyidi hardadı, yalandı, öldürülmədi və s və ilaxır. Müsəlman aləmindən dünya mediyasına çıxan xəbərlər adətən bu və ya buna bənzər olur. Azərbaycan isə bütün mövcudluğuyla müsəlman aləminə qurulmuş senari planlarının təkzibidir. Və bütün bunlardan sonra bəzi məsələlərə, bəzi nöqtələrə kosmosdan baxaq. Mən çox istəyirəm ki, bu məqamlara sadə vətəndaş öz gözü ilə baxsın, özü nəticə çıxarsın. Yəni səhvən elə təəssürat yaranmasın ki, biz burdan "Azərbaycanda müxalifət olmamalıdır!” "Bütün müxalifət düşüncəli insanılar cəzalandırılmalıdır!” kimi düşüncə aşılayırıq. Əlbəttə yox. Müxalifət olmalıdır. Mütləq olmalıdır. Normal, sağlam, 4-cü sənaye transfarmasiyasının tələblərinə, şərtlərinə uyğun olaraq bir zəka yarışında daha uğurlu örnəklər önə çıxmalı, qəbul edilməlidir. Amma fikir verdinizsə, hələ ki qulaqlarımızın alışmadığı bir ifadədən istifadə etdim. 4-cü sənaye transfioramasiyasının tələbləri və şərtlərinə uyğun. Noyabr ayının 2-də Bakıda metronun 28 may stansiyasının çıxışından açılan ərazidə aksiya keçirilməliydi. Aksiya icazəsiz olmalıydı. Çünki özünü Milli Şura adlandıran bir qrup siyasət pərakəndəsinə Bakı şəhəri hakimiyyəti Qaradağ rayonunda, Lökbatan qəsəbəsindəki stadionda mitinq keçirməyə icazə versə də qara güruh başılar imtina etdilər və tərsliklə bildirdilər ki, görüş yeri 28 may meydanıdır. Buna qədər keçirməyə cəhd etdikləri razılaşdırılmamış aksiyanın aqibətindən nəticə çıxarmadan yenidən qarşıdurmaya çıxacağının anonsunu verən pozucular planlaşdırdıqları akta bir gün qalmış qərarını dəyişdi.İlk baxışda elə təqdim olundu ki, guya Cəmil Həsənli mitinqi keçirməməmk çağırışı ilə müraciət etdi və Əli Kərimli də bu müraciəti qəbul etdi. Əslində isə mitinqin keçirilməməsinə hazırlıq daha əvvəl başlanmışdı. Milli Şuranın üzvü Güktəkin Hacıbəyli sosial şəbəkə üzərindən belə bir status paylaşmışdı:

Dünən, saat 18.51-də mobil telefonuma özünü milli fədai Fuad Muradov kimi təqdim edən şəxs zəng vurdu və Əli Kərimlini ölümlə təhdid etdi. Dedi ki, 2 noyabr mitinqinə çıxacağı halda Əli Kərimlini ən ağır formada cəzalandıracaqlar, İlham Əliyevi müdafiə etmək üçün hər şeyə gedəcəklər. Bu, açıq-aşkar ölümlə təhdid cinayətidir və Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu əmələ görə ağır cəza nəzərdə tutulur. Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng vurub xəbər vermişəm. Zəng açıq nömrədən edildiyi, xüsusilə də, mənim mobil telefonumun dinlənildiyini və danışıqlarımın yazıldığını artıq bütün dünya bildiyi üçün))) hüquq-mühafizə orqanları müxalifət liderini ölümlə təhdid edən şəxsi dərhal yaxalamalı və cinayət məsuliyyətinə cəlb etməlidirlər. Əks-halda, bu cinayətin birbaşa hakimiyyətin sifarişi olmasına və məhz buna görə də təhdidçinin himayə olunmasına şübhə yeri qalmayacaq.

Deməli, Gültəkin Hacıbəylinin nə qədər yalançı siyasət gəlini olduğunu təkcə qayınanası yox, elə mən də yaxşı bildiyimdən bu faktı yoxladım. İstərdim ki, Siz də əmin olasınız. Məsələnin mahiyyəti budur: Göründüyü kimi heç kim heç kimi ölümlə təhdid etmir. Fuad Muradov adlı bir vətəndaş məntiqlə izah edir ki, siz öz məqsədinizə qanunu pozaraq gedəcəksinizsə, biz də öz məqsədimizə sizin yolla gedəcəyik. Özü də demir a burda ki, polis sizing aksiyanı dağıdacaq, bizə isə imkan verəcək. Xeyr. Adam bilir ki, onun da keçirdiyi aksiya qanunsuzdur, deməli onu da eyni aqibət gözləyir. İndi isə qayıdaq Cəmil Həsənlinin müraciətinə. Kiçik bir sirr açım. Əli Kərimli Cəmil Həsənlinin müraciətindən bir neçə saat əvvəkl Teleqram proqramıyla Cəmil Həsənliyə yığır. Cəmil Həsənliyə mitinqin keçirilməməsi üçün müraciət etmək tapşırığını verir. Cəmil Həsənli isə guya tam azad şəkildə, guya Milli Şura sədri kimi səlahiyyətlərindən istifadə edərək təklif edir kii, mitinq ləğv olunsun. Şura da müzakirə edib qərar çıxarır. Aksiyanın ləğv edilmə səbəbi kimi də qeyd edilir ki, birincisi, guya aksiyada vətəndaş qarşıdurması hazırlanır. İkincisi, dinlə bağlı qruplardan istifadə edilə bilər, hətta kimlərisə qətlə yetirə bilərlər və s. Əslində nə baş vermişdi. Əli Kərimli çox gözəl anlamışdı ki, qaragüruhu rüsvaçılıqla məğlub etdirib. Çünki son aksiyada tərəfdarlarının nə qədər az olduğunu gözləriylə görmüşdü. Ona qədər sosial şəbəkələrdə mitinq, mitinq deyə virtual meydan qızışdıranlar 19 oktyabrda göstərdilər ki, onlar ancaq klaviatura fəallarıdır. Və heç də 1000-2000 deyillər. Əli Kərimlinin 19 oktyabr rüsvayçılığı onun əslində bir lider kimi fərasətsizliyinin nəticəsi idi. O nə öz tərəfdarlarının sayını dəqiq bilirdi, nə də meyadan çıxarmaq istədiyi kütlənin məzmunundan xəbərdar idi. Asayiş keşikçilərinin normal rəftarını nə qədər mənfi fonda təqdim etsə də kadrlarda uzağı bir-iki qapaz elementindən başqa heç bir kobudluq tapmayan, bir neçə polis əməkdaşının nadinc kütlə vahidini qucağında maşına qaçaraq aparması tək sivil antiaksiya hərəkətini vəhşilik kimi təqdim etməkdən başqa yolu qalmayan lider ən azı özünə etiraf etməli idi ki, uduzub! Kütlə isə öz payına orta yaşlı, Alnı çapıq liderini, hərəkat Karranisini tanımaq imkanı tanıdı. Gəlin etiraf edək ki, Əli Kərimli son on il ərzində bir qayda olaraq ekrandan danışıb, monitordan kükrəyib, və uzun fasilədən sonra, ilk dəfə idi ki, qanunla baş-başa gəldi və bu toqquşmadan da başı əzildi. Əli toqquçşdu, başı ağrıdı və 6, ya 8 yerdən tikdirdi. Bu qədər. Qorxdu və növbəti dəfə baş başa gəlməkdən çəkindi. Çıxmamağa bəhanə axtardı və qoca professoru bəhanə əvəzinə ağrıyan yerinə qoydu. Tam göründü ki, iflas ortadadır. Milli Şura adlansa da əslində belə bir qurum faktiki olaraq yoxdur. Bir iki siyasi –ibtidailikdən əziyyət çəkən ala-yarımçıq ictimai artıq-əskiyin toplaşdığı nəzəri müstəvi və heç nə. Onun tərkibində koordinasiyanın adi elementləri belə mövcud deyil. Kimin əli kimin cibindədi, bəlli deyil. Buna qədər istər xaricdə, istər daxildə cəmiyyəti inandırmağa çalşıdıqları fikir ondan ibarət idi ki, onları xaricdən dəstəkləyənlər var. Amma Avropa İttifaqı da, Amerika birləşmiş Ştatlarının səfirliyi də Azərbaycanla bağlı müttəfiq və tərəfdaş mövqeyini açıqladı və özünün qaragüruhun təhlükəli planlarından kənar olduğunu nümayiş etdrdi. Bununla da aydın oldu ki, buna qədər qaragüruh əslində başqasının adından, özgəsinin etibarından sui istifadə etmək kimi siyasi dələduzluqla məşğul imiş və bununla da qrup daxilində qarışıqlıq yarandı. Hətta Milli Şuranın üzvləri aralarında kiminsə hakimiyyətlə ayrıca, danışıqlar apardığını düşünərək bir-birlərindən şübhələnməyə də başladılar. Pərt vəziyyətə düşmüş güruhbaşılar bir-birinin ardınca səhv addımlara yol verdilə. Bunlardan ən ciddisi şübhəsiz ki, oktyabrın 31-də ABŞ-da "Milli Mətbuat Klubu” adı ilə fəaliyyət göstərən təşkilatda keçirilən tədbirdir. Cəmil Həsənli və Sevinc Osmanqızı bu tədbirdə Azərbaycanın ünvanına sərt tənqidlər səsləndiriblər. Cəmil Həsənli Azərbaycanın ən böyük problemi internet azadlığının olmamasıdır deyəndə, Türkiyənin ABŞ-dakı səfirliyinin nümayəndəsi istehza ilə belə müdaxilə edib. Amma bizdə olan məlumata və xalqın fikrinə görə Azərbaycanın ən böyük problemi Qarabağdır. Cəmil Həsənli və Osmanqızıın Azərbaycanı FETO ilə əməkdaşlıqda günahlandırımasına da Türk diplomat sərt cavab verib. O, FETO ilə bağlı ittihamları rədd edərək, Azərbaycanın Türkiyənin yanında olduğunu, ən birinci dəstək göstərənlərdən biri olaraq müvafiq məktəbləri bağladığını qeyd edib və bu dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib. Türkiyəli diplomatın vətənpərvərlik mövzusunda açıq dərsi bununla yekunlaşmayıb. O Cəmil Həsənli və digər çıxışçılardan oktyabrın 30-da separatçı Dağlıq Qarabağı rejiminin nümayəndəsinin Konqresin binalarının birində keçirdiyi tədbirə etiraz etmək üçün yığışmış Azərbaycan icmasına niyə qoşulmadıqlarını soruşub. Ən üzücü mıəqam isə ondan ibarətdir ki, Cəmil Həsənli və ətrafının ABŞ-da Azərbaycana qarşı tədbir təşkil etdiyi bir zamanda, qondarma "DQR”-in nümayəndə heyəti də Konqresdə və digər instansiyalarda görüşlər keçirirdi. Və bu ilk dəfə dəfə deyil. Qaragüruhun separatçı rejimlə eyni zamanda və eyni tələblərlə, eyni ittihamlarla unison tədbir keçirməsi təsadüfə qətiyyən bənzəmir. Və kiçik bir əlavə. Bu tədbirdə cəmi 11 adam iştirak edib ki, onun da biri ....erməni...olub. Separatçı rejimin təəssübkeşi olan erməni. Əli Kərimli və ətrafının, ümumiyyətlə qara güruhun 19 oktyabrdan sonra güclənən və noyabrın 2 nə nəzərdə tutduğu revanşın alınmamasıyla özünün məntiqi sonluğuna çatan iflası təkcə siyasi müflisləşmə deyil. Bir ovuz siyasi artıq-urtuğun toplaşdığı müstəvi heç bir siyasi mahiyyət kəsb etmir. Diqqətli tamaşaçılar yəqin ki, fikir veriblər: güruh bir qayda olaraq qeyri siyasi mövzularla ortaya çıxır. Özünü Milli Şura adlandıran qurumun ön daşıyıcısı Gülətkin Hacıbəylinin qaynanası, Gültəkinin dostu və ən yaxın silahdaşı Fuad Qəhrəmanlının qısqanclıq zəminində dağılan ailəsinin problemi qaragüruhun başının əslində daha lirik-sentimental qayğılara qatışdığının sübutudur. Siyasətlə boş vaxtlarında elə belə dilxoşluqçün məşğul olanların daha ciddi hədəfləri var. Yazıq qara kütlə də elə bilir ki, Milli Şura oturub onların problemlərini həll etmək üçün baş sındırır. Mətləbə keçməzdən əvvəl bir xırda xatırlatma. Əli Kərimlinin ünvanına Fuad Qəhrəmanlının ailəsi müraciət etmişdi, yadınızdadı? Əli Kərimliyə şikayət edilirdi ki, Fuad uşaqlarını və uşaqlarınını anasını döyür... Əli Kərimli də qınanırdı ki, belə bir şiddət adamını sağ tərəfində saxlayır. Əli Kərmli də özüməxsus şəkildə ağsaqqallıq etmişdi. Necə ağsaqqallıq etdiyi də yadınızda olar. Deyəsən demişdi ki. dözməlisən, çarəsi budur. Ya da təxminən belə demişdi. İndi ona başqa bir şəxs şikayət məktubu yazıb. Və məktubun bir surətini də mənə göndərib. Onun başı tikişə qarışdığından yəqin ki, oxumayıb. Ona görə də Əli Kərimlidən xahiş edəcəm ki, diqqətlə qulaq assın. Amma bir az sonra. Əvvəlcə gəlin Milli Şuranın olduqca vacib və mühüm bir nümayəndəsilə tanış olaq. Vidadi Mirkamal. Təqdimatına görə ədliyyə generalıdır. Ola bilsin ki, özünü gələcəkdə ya ədliyyə naziri, ya baş prokuror yerində gürür. Görürdü. Görərdi.

Bilirsiz. Sılravi şəxslərin etdiyi qəbahət o qədər də təhlükəli deyil. Amma bu qəbahəti sıravi yox, general edirsə təhlükənin miqyası da, onun qurbanları da artır. Əli Kərimlinin yanında qərar tutan bu ədliyyə generalından daxil olan şikayət məktubunu oxuyacam Sizə. Xüsusi müraciətim isə özünü Milli Şura adlandıran amma əslində qara güruhdan başqa bir şey olmayan bir ovuc toplunun ardınca gedənlərə olacaq həm də. Məktubu oxuyuram. Zərəçəkənlərin ad və soyadını qəsdən dəqyişdirmişəm, amma sənədin əsli, gerçək ad və soyad ünvanla birlikdə məndədir.

AXCP –nin sədri , Vidadi Mirkamalın yaxın dostu Əli Kərimliyə, Sabunçu rayon polis idaəsinə, Real Televiziya şirkətinin rəhbəri Mirşahin Ağayevə:

Mən Bakı Şəhər, filan qəsəbə sakini Vəliyev Zaminn Adil oğlu böyük ürək ağrısı ilıə Sizə müraciət edir, mənə köməklik göstərməyinizi xahiş edirəm. Mən halal zəhmətilə dolanan sadə bir vətəndaşam. Ailəm 10 yaşlı qızım var. Halal zəhmətimlə ailəmi dolandırır, övladımın təlim-tərbiyəsilə məşğul olurdum. Son vaxtlar həyat yoldaşım Vəliyeva Gülzar Ələsgər qızının mənə olan soyuq münasibətlərindən və başqa hərəkələrindən şübhələnmçəyə başlamışdım. Ona görə də ona göz qoymağı, mobil telefonuna nəzarət etməyi qərara aldım. Bu zaman öyrəndiklərim məni dəhşətə gətirdi. Öyrəndim ki, həyat yoldaşım Gülzar Vidadi adlı bir kişi ilə mənə xəyanət edir. Gülzar özü mənə etiraf etdi ki, bir ildən çoxdur ki, guya hüquqi yardım üçün müraciət etdiyi hüquqşünas, vəklil kimi tanıdığı Vidadi Mirkamal adlı şəxs şirin vədlərlə, hədiyyələrlə onu aldadıb, yoldan çıxarıb, əxlaqsızlığa təhrik edib. Onunla dəfələrlə Nərimanov rayonunda yerləşən mıənzilində və Pirşağı qəsəbəsindəki bağ evində görüşüb. Gülzar ondan hamilə qalanda isə abort elətdirib. Gülzarın dediyinə görə o öz səhvini başa düşüb. Vidadidən ondan əl çəkməyi xahi.ş etsə də Vidadi onu şantaj edərək bildirib ki, əgər mənim dediklərimə əməl etməsən, mən sənin ərinə xəyanət etməyin barədə ərinə və qohumlarına məlumat verəcək, səni rüsvay edərək başına oyun açacağam. Bir ildən çoxdur ki, Vidadi mənim həyat yoldaşımı bu cür hədələrlə qorxudaraq, zorla onunla cinsi əlaqədə olmağa məcbur edir. Gülzarın mənə dediyinə görə, hətta bir dəfə onları saxlaıb polisə aparıblar, amma heç bir tədbir görülməyib. Sonra mən öyrəndim ki, Vidadi Mirkamal təqaüddə olan generaldır, əvvəllər yüksək vəzifələrdə işləyib, çirkin əməllərinə görə işdən qovulub. Hal-hazırda Milli Şuranın üzvüdür, guya demokratiya, haqq-ədalət uğrunda mübarizə aparır. Əslind isə öz var-dövlətindən istifadə edib ailələr dağıdır, körpə uşaqları yetim qoyur, namuslu qadınları əxlaqsızlığa məcbur edir. Camaatın namusunu ləkələyən, ailəsini dağıdan Vidadi Mirkamal barəsində qanuni tədbir görülməsini tələb edirəm.

Vəliyev Zamin Adil oğlu.

Əlbəttə, nəzəri cəhətdən istənilən şorgöz, ayağı sürüşkən kişinin başına gələ biləcək hadisədir. Amma burda bir məsələ diqqətimi çəkdi. Qadın ondan niyə telefonunu açmadığını soruşur. Vidadi isə belə cavab verir ki. arvadım, uşağım yanımdadır, onların yanında neçə aça bilıərdim. Evli bir kişinin evli bir qadının ailəsinin dağılması üçün hər şeyi etdiyi göz qabağındadır və bu adam, ya da bu adamılar Azərbaycana gələcək, indikindən yaxşı, təhlükəsiz gələcək vəd edir. Bu general yəqin bilir ki, ailə dövlətin kiçik şəklidir. Bir dövləti, özündən 30 yaş kiçik bir qadını yoldan çıxararaq onun dövlətini vəhşicəsinıə dağıtnmaqda olan Vidadi Mirkamalın əxlaqını da dolayısı ilə öz içində daşıyan Milli Şura, qaragüruhbaşı Əli Kərimli hansı dövlətin anonsunu verir? Son zamanlar yenidən gündəliyə qayıdan bir sualı müşahidə edirəm. Azərbaycan mediyasına söyüşü kim gətirib. Mən bilirəm o söyüşü kim gətirib. O söyüşü həmin söyüş müəlliflərinin qarşısında dinməz-söyləməz dayanan, özünün anklav qeyrətini qoruyan, gölməçə abrına qısılaraq böyük mənada dövlətin qeyrətini dəstxoşa verməyə hazır olan boş beyin, boşboğaz və boş bel kontingent gətirib. Guya öz aləmində əxlaqlı, ağsaqqal, dünyagörmüş bir poza verib, qaragüruhun çamurçuluq və idbarçılıq hücumlarına qarşı çıxmağa cəsarət tapmayan kişi qırıqları, buyurun, sizin susmağınız qara güruha layiq olduğu yeri göstərməyə cəsarət etməməinizin nəticəsi. Kişi üçün bundan da zavallı daha nə ola bilər. Arvadımı abort etdirib. Arvadım öz səhvini başa düşüb. Amma ədliyyə generalı əl çəkmir. Mən indi hansı sözdən istifadə etməliyəm hə? Binamus? Yox. Söyüşdü. Nakişi yox, söyüşdü. Bəs hansı? Bələ Milli Şura? Amma bəlkə artıq o da söyüşdü. Bilmirəm. Bilmirəm. Və Bilmirəm. Təsəlli tapaq ki, kosmik klubujn üzvüyük və nə yaxşı ki, kosmosdan baxanda bəzi alçaqlar çox alçaq görünür.Gələcəyə hazırlaşaq.




İmza:

Lavrov: "Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə..."

Prezident İlham Əliyev Kamboca kralını təbrik edib

Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır

Bayrağımız - milli qürur mənbəyimiz

Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq

Baş nazirdən qərar - Agentlik nümunələri müəyyən etməlidir

Bələdiyyə seçkiləri

Prezident İlham Əliyev Argentinanın yeni Prezidentini təbrik edib

Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalanıb

Vitse-spiker: “Əhaliyə ödənişlərin məbləği artacaq”

Vidadi Məmmədov: 1998-ci ildən bu yana müxalifətin yaratdığı birliklər

SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK