ANA SƏHİFƏ / KRİMİNAL

Kürdəmirdə əməliyyat - "Zobu" ləqəbli şəxs saxlanıldı

29686    |   2019-11-06 12:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Xırdapay kəndi ərazisində tikinti işləri aparan MMC-lərdən birinə məxsus ümumi dəyəri 2350 manat olan tikinti avadanlıqlarının binanın zirzəmisindən oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xırdapay kənd sakini, əvvəllər Rusiya Federasiyasında sifarişli qətldə iştirakçı olduğu üçün 11 il azadlıqdan məhrum edilən 40 yaşlı Zahid Süleymanov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı avadanlıqların bir qismi ondan maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq Z.Süleymanovun yaşadığı mənzilə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 4,5 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.




İmza:

Cəlilabadda “Range Rover”dən 6 kiloqramdan artıq narkotik götürüldü

Balakəndə bir evin həyətində çətənə kolları aşkarlanıb

Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı

Bakı polisi əməliyyat keçirdi, heroin alverçiləri zərərsizləşdirildi

Gəlin baldızının pullarını oğurlatdı

Mağazadan oğurluq etmək istəyən gənc müştərilər tərəfindən tutuldu - VİDEO

Azərbaycanda “Yura” ləqəbli narkotacir tutuldu

Bakıda kişi gözəllik salonunda həyat yoldaşını qətlə yetirib

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib

Özündən 16 yaş böyük biri ilə qaçan qızını öldürdü

Ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb

Gəncədə atasının qisasını alan şəxs ömürlük azadlıqdan məhrum edildi - VİDEO

SON XƏBƏRLƏR
2020-05-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK