hacklink Adalet.az | "Samur" gömrük postunda yük maşınlarının sıxlığı müşahidə olunur Adalet.az | "Samur" gömrük postunda yük maşınlarının sıxlığı müşahidə olunur Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

"Samur" gömrük postunda yük maşınlarının sıxlığı müşahidə olunur

3275    |   2019-11-05 14:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son iki gün ərzində ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, problemin yaranmasına səbəb Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsində inşaat işlərinin aparılması, mövsümlə əlaqədar yükdaşımaların həcminin artması, hava şəraiti ilə əlaqədar Gürcüstanla Rusiya arasındakı gömrük-keçid məntəqəsindən yük nəqliyyat vasitələrinin buraxılmaması və bu marşrutdan istifadə edən nəqliyyat vasitələrinin alternativ yol kimi Azərbaycan ərazisindən istifadə etməsidir.

Qeyd edək ki, hazırda "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və hazırda gün ərzində qarşı tərəfin buraxılış potensialına uyğun olaraq 250-yə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi məqsədilə Rusiya tərəfi ilə müntəzəm danşıqlar aparır.

Xatırladaq ki, sərnişinlərin, yüngül minik vasitələrinin sərhədkeçmə prosesində və idxal gömrük nəzarəti xəttinin fəaliyyətindəhər hansı problem yoxdur.



İmza:

İlham Əliyev Sumqayıtda - YENİLƏNİB

Gənc kadrlar dəmir yolunun şimal sahəsinin stansiyalarında işlə təmin olunublar - FOTOLAR

Sabah paytaxtda yağış, rayonlarda qar yağacaq

Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub - Nazir müavini

BDYPİ sürücülərə XƏBƏRDARLIQ etdi: Dağlıq ərazilərdə yollar buz bağlaya bilər

FHN 233 binaya müsbət rəy verib

Yağışa görə iki avtomagistralda sürət həddi endirildi

Masallının əsas magistral yolunun kənarı yaşıllaşdırılacaq

MİRZƏ CƏLİLİN HEYKƏLİ «SAHİL BAĞI»NDA QOYULMALIDI

AMERİKADA BAYRAĞIMIZI DALĞALANDIRAN MƏKTƏBLİ - İSTEDAD

"Qaçqınlar döyüşməyib qaçdı" deyən alçaqların menyusuna - Video

Faiq QİSMƏTOĞLU: “ANA KÜR” MTK-nın SƏDRİ QANUNLARI SAYA SALMIR

SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK