hacklink Adalet.az | Adam lap suriyalı olmaq istəyir - Eminquey yazır Adalet.az | Adam lap suriyalı olmaq istəyir - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Adam lap suriyalı olmaq istəyir - Eminquey yazır

4795    |   2019-11-05 09:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnternetdə bir sual-cavab çıxdı qarşıma. Bu sual-cavabı oxuyanda həm də bir müddət əvvəl Mirşahin Ağayevin suriyalılarla müsahibəsi yadıma düşdü. O müsahibələrdə suriyalılar ölkələrindəki inqilabı və bu inqilab həngaməsinin insanlara verdiyi zərərlərdən danışıb pisləyirdilər. Yəni peşman olublar ki, gərək dövlətə qarşı çıxmayaydıq, nə olsun, suya riya qatanda. Budur, Suriya artıq dövlət adı olmaqdan çıxır və lap "xoxan” obrazına çevrilir. Daha adamları xoxanla yox, Suriya ilə qorxudurlar. Bax ha, Suriyanın gününə düşərsən!

Hə, indi sizin də oxuyacağınız bu sual-cavab da suriyalı bir nəfərlədir. O, Türkiyədə yaşayır. Sözün ən ləzzətli mənasında yaşayır ha.


Sual: Nə üçün Türkiyəyə gəldiniz?

Suriyalı: Kəndimizə basqın etdilər, "Türkiyəyə gedin" dedilər.

Sual: Necə yaşayırsınız? Məvacibiniz nə qədərdir?

Suriyalı: Kirayə qaldığımız evin kirə pulu 1400 lirədir. Mən, anam, həyat yoldaşım, qardaşım, yəni hər birimizə 1250 lirə sosial yardım verilir. Bu edir 5000 lirə. Yeddi uşaq da var. İkisi burada doğuldu və Türkiyə vətəndaşı oldu. Dövlət iki uşağın hərəsinə 895 lirə verir. Cəmi 6265 lirə etdi. Yəni ailəmizin 11 min 265 lirə gəliri var.

Sual: Bəs xərciniz?

Suriyalı: Market kartımız var. Marketə pul vermirik. Telefon üçün ayda 5 lirə ödəyirəm.

Sual: Bu durumda pul yığa bilirsinizmi?

Suriyalı: Bəli, pul yığıb bir maşın almışam, onunla taksiçilik edirəm.

Sual: Nömrə, vergi, sürücülük vəsiqəsi yoxdurmu?

Suriyalı: Nəyimə lazımdı? Polis məni saxlamır, sürücülük vəsiqəsi lazım deyil, müvəqqəti nömrə isə pulsuzdur.

Sual: Müharibə bitən kimi vətəninə qayıdacaqsanmı?

Suriyalı: Qayıtmaram. Niyə qayıdım ki? Burada işlərim əla gedir. Daha yaxşısınımı tapacam?


Ey bəni Adəmlər, suriyalı qaçqın deyə yazığımız gələn adamların vəziyyətləri, həyat tərzləri, yaşayışları bizdən daha yaxşıdır. İndi belə bir həyat yaşayan adamlar çox güman ki, oturub-durub Suriyada baş verən hadisələrə şükür edir. Ki, Allah sizin köməyiniz olsun, buralara gəldik, gün gördük, nəhayət adam olduğumuzu hiss elədik.

Adam lap suriyalı olmaq istəyir, özüm ölüm. Suriyalı olmaq nə gözəl şey imiş!



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK