ANA SƏHİFƏ / YAZARLAR

SABİR ÖLSƏYDİ ÜSTÜNDƏN 100 İL KEÇƏRDİ

14720    |   2011-04-26 17:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada ölməməkdən gözəl heç nə yoxdu. Yaşayırsan ey, dünya durduqca. Ləzzət eləyir, Əzrayılı yandırıb-yaxırsan, cırıla-cırıla qalır. O boyda Əzrayıl olasan, arxanda da Tanrı dura! Amma zəif məxluq saydığın bir insanla bacara bilməyəsən. O sənə qalib gələ. Əlindəki alma çürüyə, qılıncı da pas ata. Mən Əzrayılın yerində olsam istefa verərəm.
   
   
   
   Dünyada ölməməkdən gözəl şey yoxdu.
   
   Mirzə Ələkbər Sabir ölsəydi indi artıq ölümündən 100 il keçərdi. Amma Əzrayılın ona gücü çatmadı. Öldürə bilmədi! Qanına hopdu, canına hopdu, içindən yedi onu, amma ruhuna hopa bilmədi, ruhunu yeyə bilmədi. Öldürəmmədi Sabiri.
   
   
   
   BƏNZƏRƏM BİR QOCAMAN DAĞƏ Kİ, DƏRYADA DURARg
   
   
   
   Dəryada dağ kimidi Sabir. Yanında heç təpə də yoxdu ki, müqayisəyə gəlsin. Özü də elə bir dağ ki, dünyanın harasından baxsan görünər. Nə Comolunqma, o da Sabir zirvəsinin yanında çox kiçikdir.
   
   Bir dəfə azıb Ankaraya getmişdim. Türkeşin məzarında qeyri-adi bir hadisənin şahidi oldum. Başdaşına yalnız doğum günü yazılmışdı. İlahi, bunu kim tuta bilib, kim fikirləşə bilib: yəni Türkeş ölməyib.
   
   Məmməd Arazın məzarı götürüləndə mənim də ürəyimdən belə bir hiss keçdi ki, şairin ölüm tarixini başdaşına yazdırmayım. Çünki Məmməd Araz ölmədi ki!
   
   Ya Mirzə Cəlil, Cavid, Səməd Vurğun, ya Rəsul Rza.g Amma istəyimi həyata keçirə bilmədim. Dini və milli mentalitet mane oldu, həm də düzgün başa düşülməyəcəyimdən qorxdum.
   
   Amma mən də elə-belə oğlan deyiləm.
   
   Ağcabədinin Bayat kəndində babam Füzulinin adına bir kitabxana tikdirmişəm, önündə də heykəltəraş Məzahir Afşarın kitabxanaya və Bayata hədiyyə elədiyi Füzulinin büstü qoyulub. Ötən payız həmin bağda və kitabxanada rayon icra hakimiyyətinin köməkliyi ilə təmir-abadlıq işləri aparırdıq. Sözümün birini qoyub, o birisinə keçim.
   
   Mərmər üçün Gəncəyə getdim. Mərmərləri seçdim, sexin müdiri Məzahir kişi gəldi, pul sövdələşməsi apardıq. Soruşdu ki, bu mərməri birbəbir seçdin, xeyirdimi, ölən çox əziz adamdı?
   
   Dedim ki, yox, dayı heç kim ölməyib. Füzulinin abidəsini təmir eləyirik.
   
   Pulu qaytardı, dedi, oğul, mən bunları babamız Füzuliyə hədiyyə edirəm. Nə qədər elədim, öhd olmadı. Sonra gördüm Füzulini əzbər bilir. Nə isə.
   
   Abidənin üstünə belə yazdırdım: "1564-cü ildə Bayat elindən Məhəmməd Füzuli derlər bir günəş qopdu". Çoxlu ziyalı da vardı. Soruşdular ki, Aqil müəllim, bəs bunun ölüm tarixi hanı?
   
   Çox qəribədi mərməri işləyən savadsız fəhlə başını qaldırıb dedi:
   
   - Ölməyib də, ona görə ölüm tarixi yoxdu.
   
   Sabir ölsəydi üstündən 100 il keçərdi.
   
   Dünyada ölməməkdən gözəl şey yoxdu. Dünyada Əzrayılı yandırıb-yaxmaqdan gözəl şey yoxdu.
   
   Sabirin büstündən də, başdaşından da "1911"-i pozun.
   
   Sabir ölmədi ki, üstündən 100 il keçə.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK