hacklink Adalet.az | Dövlət Departamenti: 2018-ci ildə Azərbaycan terrorçuluqla mübarizədə fəal iştirak edib Adalet.az | Dövlət Departamenti: 2018-ci ildə Azərbaycan terrorçuluqla mübarizədə fəal iştirak edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Dövlət Departamenti: 2018-ci ildə Azərbaycan terrorçuluqla mübarizədə fəal iştirak edib

3209    |   2019-11-04 11:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2018-ci ildə Azərbaycan terrorçuluqla mübarizədə fəal iştirak edib.

Adalet.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin müxtəlif ölkələrin terrorçuluqla mübarizədə atdığı addımlar barədə illik hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2018-ci ildə Azərbaycan hökuməti öz ərazisindən və dəniz sərhədlərindən, eləcə də bütünlüklə Cənubi Qafqazda insan, pul və material daşınması ilə məşğul olan terror qruplaşmalarının səylərinin qarşısının alınması üzərində fəal işləyib:

"Azərbaycan hüquq-mühafizə orqanları terror aktlarının qarşısının alınması üzrə əməliyyatlar keçirib, terrorçuluqda ittiham olunan şəxsləri, eləcə də ölkə xaricində terror qruplaşmalarının tərkibində döyüş əməliyyatlarında iştirak və onları maliyyələşdirən vətəndaşları həbs edib və məsuliyyətə cəlb edib”.

Hesabatda bildirilir ki, 2018-ci ildə Azərbaycanda terror aktları qeydə alınmayıb:

"2018-ci ildə Azərbaycanda hüquq-mühafizə orqanlarının maliyyə tranzaksiyaları mexanizmləri üzərində nəzarət səlahiyyətlərini artıran düzəlişlər qəbul edilib. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri ölkə ərazisində terror aktlarının aşkar olunması və qarşısının alınması üzrə adekvat bacarıqlar nümayiş etdirib. Azərbaycan ölkəyə daxil olarkən terror və kriminal siyahıdan, həmçinin biometrik məlumatlardan istifadə edib. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri öz aralarında, eləcə də regional və beynəlxalq tərəfdaşlarla məlumat mübadiləsi keçirir”.



İmza:

Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanını təbrik edib

Zakir Həsənov əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Şeyx Əbdül: "Televiziyaları bərbad günə qoyanların..."

Mehriban Əliyevadan Maksim Qalkinin yaradıcılıq axşamı ilə bağlı paylaşım - FOTO

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi

Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib

Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Məhkəmə ekspertləri də attestasiyadan keçəcək

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK