ANA SƏHİFƏ / SİYASƏT

MSK seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirib

10939    |   2019-11-04 11:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı bələdiyyə seçkilərində müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirilib.

Trend-in məlumatına görə, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsi və fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə yönələn tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvləri və Katibliyin təmsilçiləri iştirak edib.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovun seminarda çıxış edərək bildirib ki, MSK özümün təklif etdiyi tədbirlər planına uyğun olaraq bir sıra layihələri gerçəkləşdirib: "Bu da bizim növbəti layihədir. Belə ki, bu layihə bir müddətdir davam edir. Bu layihə çərçivəsində Gəncədə, Şəkidə, Masallıda tədbirlər keçirilib. Bakıdakı tədbir yekundur, layihənin son tədbiridir. Tədbirlərdə vətəndaşların müraciətlərinə baxılması ilə bağlı dairə-seçki komissiyalarında fəaliyyət göstərən ekspert qruplarının üzvləri üçün ətraflı şəkildə təqdimatlar olunur və onların bu sahədə bilik və bacarıqlarının artırılmasına hədəflənmiş layihə maraqlı oldu".

MSK sədrinin müavini qeyd edib ki, seçki prosesində ən mühüm məsələlərdən biri vətəndaşların müraciətlər və şikayətlərinə baxılmasıdır: "Bununla bağlı əvvəllər bu səpkili layihələr həyata keçirmişik. Belə ki, bu səpkidə layihələrin başlanğıcı olaraq 2008-ci ili göstərə bilərik. Biz həmən vaxt bu layihəni Avropa Şurası Venesiya Komissiyası və Seçki Sistemləri üzrə Beynəlxalq fondla bu layihənin əsasını qoymuşuq. Sonrakı mərhələdə layihəni həyata keçirəcək mütəxəssislər hazırlanıb. Bir neçə ildir ki, Mərkəzi Seçki Komissiyası özü bu layihəni həyata keçirir. Bakıda hazırda bizim 130 nəfərə yaxın dairə-seçki komissiyalarında fəaliyyət göstərən ekspertlər burada toplanıb”.

Daha sonra gündəliyə uyğun olaraq, seminarın praktiki hissəsində mövzular ətrafında müzakirələr aparılıb, kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilirək əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan maarifləndirmə tədbiri 48 seçki dairəsinin dairə seçki komissiyaları üzrə 130 ekspert qrupu üzvünün qanunvericiliyin tələbləri ilə yaxından tanış olmalarına və seçkilərə dair müraciətlərə baxılması ilə bağlı hərtərəfli məlumat əldə etmələrinə imkan yaradıb.

Xatırladaq ki, seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlar Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə oktyabrın 29-da Gəncədə, 31-də Şəkidə və noyabrın 2-də Masallı şəhərində də keçirilib.




İmza:

Depututdan Avropa Şurasına etiraz

Tural Gəncəliyev: AŞ PA ikili standartlara daha çox rəvac verən bir platformadır

"AŞPA-nın fəliyyətinin az qala ali məqsədi..."

Aydın Mirzəzadə: Tibbi maskadan istifadəyə dövlət səviyyəsində diqqət edilir

Cəlil Xəlilov: Bütün dünyanı erməni faşizminə qarşı mübarizəyə səsləyirik

Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb

Akif Təvəkküloğlu Milli Məclisə QAYITDI

Prezident İlham Əliyev İsveçin Kralına təbrik məktubu göndərib

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Tahir Rzayev: “Prezident keçmişimizlə bağlı hadisələrə həssas yanaşmağı tövsiyyə edir”

İqbal Ağazadə Prezidentə müraciət etdi

SON XƏBƏRLƏR
2020-06-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK