hacklink Adalet.az | Azərbaycan-İran sərhədində silahlı insident - Sərhəd pozucusu vuruldu Adalet.az | Azərbaycan-İran sərhədində silahlı insident - Sərhəd pozucusu vuruldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Azərbaycan-İran sərhədində silahlı insident - Sərhəd pozucusu vuruldu

1306    |   2019-11-04 09:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-dən Adalet.az-a verilən məlumata görə, noyabrın 3-də saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması mü­şa­hidə olunub.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sər­həd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­su əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İran istiqamətində qaçmağa cəhd göstər­ib.

"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucusuna qarşı silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerin­də və­fat edib.

Zərərsizləşdirilmiş sərhəd pozucusuna və əraziyə baxış za­manı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ nar­­­kotik vasitələr, 1 ədəd "Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aş­kar olun­ub.

Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşı­layan göy rəngli "Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avto­mobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Həsənov Elgün Həsənxan oğlu və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Nəsirzadə Orxan Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar. Araşdırma nəticəsində zərərsizləşdirilmiş sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabr ayının 31-də "Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Lən­kəran Hərbi Prokurorluğunun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.




İmza:

Qubada daha 6 kəndə qaz verilib

Şəmkirdə transformator yanıb

Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər

Azərbaycan vətəndaşı daxili orqanında narkotik keçirmək istərkən saxlanıldı

Jurnalistin evini qarət edən mütəşəkkil dəstənin üzvləri saxlanıldı

Siyəzəndə yol qəzasında iki nəfər öldü, daha birinin vəziyyəti ağırdır

Sumqayıtda “bomj” transformatora girdi - “Tok” vurub öldürdü

Bakıda məşhur şadlıq sarayında kütləvi zəhərlənmə: Bəy və gəlinin halı pisləşdi

MƏSCİDİN GÜNBƏZİ ÇÖKDÜ, MÜHƏNDİS DAĞINTILARIN ALTINDA QALDI

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Gəncədəki dəhşətli qətlin təfərrüatı: Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK