hacklink Adalet.az | Nazirlik daha 50 avtomobili əlilliyi olan vətəndaşlara təqdim etdi Adalet.az | Nazirlik daha 50 avtomobili əlilliyi olan vətəndaşlara təqdim etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Nazirlik daha 50 avtomobili əlilliyi olan vətəndaşlara təqdim etdi

3748    |   2019-11-02 11:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Xəzər” markalı daha 50 avtomobil müharibə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib.

Nazirlikdən bildirilib ki, Avtomobillə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplara göstərilən yüksək qayğıya, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatlarının gücləndirilməsi üçün həyata keçirilən ardıcıl tədbirlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan ardıcıl addımlar dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir. 2019-cu il ərzində təqdim edilən iki sosial paket nəticəsində ölkəmizdə minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Bu və digər sosial tədbirlər ölkədə sosial inkişafda ciddi irəliləyişləri təmin etməklə, cari ildə 4,2 milyon vətəndaşın rifah halının yaxşılaşdırılmasına mühüm dəstək olub.

Nazir müavini eyni zamanda müharibə əlillərinin və onlara bərabər tutulanların, şəhid ailələrinin mənzillə, həmçinin müharibə əlillərinin və onlara bərabər tutulanların, o cümlədən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların avtomobillə təminatı işlərinin ildən-ilə gücləndirildiyini bildirib. M.Kərimli qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinə və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan 174 mənzil artıq verilib. İndiyədək isə şəhid ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.

M.Kərimli avtomobillə təminat tədbirlərinin də ildən-ilə gücləndirildiyini deyib. Bildirib ki, bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin müharibə əlillərinə və onlara bərabər tutulan əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub. Onlardan yeni verilən 50 avtomobil də daxil olmaqla cari ildə artıq 427 avtomobil təqdim edilib. Bununla indiyədək həmin vətəndaşlara 6400-dək minik avtomobili verilib.

Tədbirdə ictimai birliklərin rəhbərləri Azərbaycanda sosial inkişaf proseslərinin, vətəndaş rifahının təminatı, həssas kateqoriyalardan olan vətəndaşlara qayğının artırılması istiqamətində aparılan işlərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıblar.




İmza:

"Çovdar"da 100 min ağac tingi yetişdiriləcək

Sərnişinlər mənzil başına daha tez çatacaqlar: Bakı-Gəncə qatarının sürəti artırıldı

Nazir müavini: Sosial şəbəkələrdə yanlış informasiya yayanların əksəriyyəti işdən çıxarılanlardır

PREZİDENT QAYĞISININ MİSİLSİZ TÖHFƏLƏRİ VƏ NÜMUNƏVİ İDARƏÇİLİK MÖVQEYİ

Sumqayıt-Bakı elektrik qatarlarının gecikmə səbəbi AÇIQLANDI

Azərbaycanda evdar qadınlara pul verilə bilər

Bu şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyuldu - SİYAHI

Altıağacda qarın hündürlüyü 12 santimetrə çatıb - Faktiki hava

“Qızların erkən nikaha daxil olması halları azalıb” - Hicran Hüseynova

Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıld - FOTO

Bu ilin 9 ayında nikahların sayı 47 mini ötüb

MİRZƏ CƏLİLİN HEYKƏLİ «SAHİL BAĞI»NDA QOYULMALIDI

SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK