ANA SƏHİFƏ / MƏMLƏKƏT

Daha bir kənddə su sistemi qurulur

5699    |   2019-11-01 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qobustan rayonunun kəndlərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində rayonun Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.

Sündü kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Kənddə əhali tərəfindən çəkilmiş su xətləri istismar tələblərinə cavab vermirdi. Kəndin yeni yaşayış massivində isə sakinlər su içməli suya olan tələbatlarını uzaq məsəfələrdən daşımaqla ödəyirdilər.

Sündü kəndinin içməli su probleminin həlli məqsədilə "Azərsu” ASC tərəfində layihə hazırlanıb və qısa müddətdə tikinti-quraşdırma işlərinə başlanılıb. Səhmdar Cəmiyyətin daxili imkanları hesabına icra olunan layihə çərçivəsində Sündü kəndinin yeni yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yaradılır. Layihəyə əsasən, sakinlərə içməli su kəndin yaxınlığındakı mövcud bulaqlardan veriləcək.

Bu məqsədlə su mənbəyində yeni nasos quraşdırılacaq, 50 kubmetr tutumlu toplayıcı su anbarı və 3,5 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri təmir ediləcək. Mənbədən götürülən su kəndin relyef baxımından yüksək hissəsində yerləşən və hər birinin tutumu 50 kubmetr olan 2 su anbarına vurularaq özüaxımlı rejimdə yeni tikilmiş şəbəkəyə
paylanacaq. Layihə çərçivəsində kənddə ümumi uzunluğu 5,7 km olan magistral və paylayıcı su xətləri inşa edilir. Yeni şəbəkədən 150 fərdi evə birləşmə verilərək sayğac quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Yeni layihənin icrasından kəndin 1000-dək sakini faydalanacaq.

Qeyd edək ki, bu yaxınlarda Qobustan rayonunun daha 3 kəndində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirilib. Rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində hər birinin tutumu 50 kubmetr olan 3 ədəd su anbarı, ümumi uzunluğu 17 km olan paylayıcı su şəbəkələri inşa edilib. Yeni şəbəkələrdən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılıb. Bununla da 4 minədək sakinin içməli su problemi həll edilib.


İmza:

Bakıda tez-tez qəza baş verən yol kəsişməsində təhlükəsizlik tədbirləri görülüb

Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - Normalar müəyyənləşdi

Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

Qızılağac milli parkında yanğın baş verib

Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır

Neftçalada içməli su problemini aradan qaldırmaq üçün su çənləri quraşdırılıb

Faiq QİSMƏTOĞLU: KORONAVİRUSU KİM YAYIR?

Bakının Nəsimi rayonu ərazisində içməli suyun verilməsi dayandırılıb

BİRCƏ QALDI Kİ, DEYƏ: «QƏLƏT ELƏMİŞƏM»

2294 NƏFƏR!

MƏZUNİYYƏTDƏ OLANI İNSANI İŞDƏN NECƏ ÇIXARMAQ OLAR?

SON XƏBƏRLƏR
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK