ANA SƏHİFƏ / GÜNDƏM

Deputat: Son 1 ay Azərbaycanın xarici siyasətində yeni mərhəlinin başlanğıcı oldu

5229    |   2019-11-01 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Azərbaycan ölkə Prezidenti İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqları qətiyyətlə qoruyan dövlətə çevrilib.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, Cənubi Qafqaz coğrafiyasının bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir:

"Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu Prezident İlham Əliyev müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirməsi nəticəsində Azərbaycanın istər daxili, istərsə də xarici arenada strateji uğurları durmadan artır.

Son 1 ay isə Azərbaycanın xarici siyasətində baş verən hadisələr yeni mərhələnin başlanğıcı oldu.

Bu ilin oktyabr ayının 3-də Rusiya Prezidenti və dörd ölkə liderinin iştirakı ilə baş tutan "Valday" Beynəlxalq Diskussiya Klubunun Asiya problemlərinə həsr olunan əsas plenar iclası Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatla yadda qaldı. Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan Prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal altındakı Xankəndidə söylədiyi "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına kəsərli cavab verərək, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini bir daha bəyan etdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

"Valday" Beynəlxalq Diskussiya Klubunun yaradıcılarından biri Fyodr Lukyanovun qeyd etdiyi kimi, İlham Əliyevin "Valday" forumunda Qarabağla bağlı bəyanatı Paşinyanın məlum bəyanatına qaçılmaz cavab idi”.

Deputat vurğulayıb ki, oktyabrın 11-də Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi: "İşğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa edən Prezident İlham Əliyev İkinci Dünya Müharibəsində faşizmə xidmət etmiş Qaregin Njdeyə Yerevanda heykəlin qoyulması erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsi olduğunu gündəmə gətirdi. Prezident İlham Əliyev həm də faktlarla Ermənistan siyasi rəhbərliyinin faşizm ideologiyasını ifşa etdi, Ermənistanın apardığı işğalçı siyasətin faşizmə olan sevgisini dünya ictimaiyyətinə çatdırdı. Həmçinin, faşizm ideologiyası ilə silahlanmış Ermənistanın təkcə Azərbaycan üçün deyil, digər postsovet ölkələri üçün də təhlükəli olduğunu diqqətə çatdırdı.

Qoşulmama Hərəkatına sədrliyin ölkəmizə həvalə olunması isə qlobal miqyasda artan nüfuzun göstəricisi, Prezident İlham Əliyevin son 16 ildə nümayiş etdirdiyi prinsipial, çevik və qətiyyətli siyasətin təntənəsi, uğurlu xarici diplomatiyanın bəhrəsi oldu. Bu, bir daha təsdiq edir ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni platformada yer alır. Prezident İlham Əliyevin XVIII Zirvə görüşündəki çıxışında dünya birliyini ədalətə, sülhə çağırması, Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün ikili standartlara son qoyulmasının vacibliyini qəti şəkildə vurğulaması, ölkəmizin uğurlarını səsləndirməsi Azərbaycanın bəşəri ideyalara sadiqliyini bir daha ifadə etdi”.



İmza:

ALİMPAŞA MƏMMƏDOV ƏSHABƏLƏRİ İLƏ YAS YERİNDƏ EHSAN YEYİBMİ?

Əsir ömrü: Qarabağ, Dilqəm, Şahbaz...

DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib

Çindən gəlib Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

İqtisadiyyat Nazirliyi icazələrin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

İşdən çıxarılan icra başçısı: “Səhvim oldu, Prezident məni vəzifəmdən azad etdi”

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü

Heyət üzvləri koronavirusa yoluxan Azərbaycan gəmisi haqqında xəbər var - YENİLƏNİB

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tovuzda sakinlər ordumuza dəstək nümayiş etdirib - FOTO

AzTV şəhidlərə görə konserti ləğv etdi

Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat edib

Müdafiə Nazirliyi: Heç bir ərazi itkisinə yol verilməyib

Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb

Abşeron Rayon İcra Hakimiyyətindən məcburi köçkünlərin yaşayış şəraiti ilə bağlı yayılmış xəbərə REAKSİYA

Rəşad Mahmudov: Koronavirusa yoluxan həkim Teymur Cəfərov EKMO cihazına qoşulub

Bir qrup rusiyalı həkim pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana gəlir

İşdən çıxarılan icra başçısı: “Səhvim oldu, Prezident məni vəzifəmdən azad etdi”

Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi

SON XƏBƏRLƏR
2020-07-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK