ANA SƏHİFƏ / MƏMLƏKƏT

Ağdamda məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir

6308    |   2019-11-01 15:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində "Uşaq ürəkləri Qarabağda döyünür!" şüarı altında məcburi köçkün uşaqlar və böyüklər üçün tibbi xeyriyyə aksiyası keçirilir.

Komitədən verilən məlumata görə, noyabrın 1-də başlayan və iki gün davam edəcək aksiya çərçivəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının 20 tibb işçisindən ibarət briqadası Ağdam rayonuna ezam olunub. Yüksək ixtisaslı həkimlər burada müasirtibbi avadanlıqlarla tam təchiz olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mobil Səyyar Hospitalında və Ağdam Rayon Mərkəzi Xəstəxanasında məcburi köçkün pasiyentləri müayinə ediblər. Müayinəyə 250-yə yaxın məcburi köçkün cəlb olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, böyük diaqnostik imkanlara və kadr potensialına malik tibb ocaqlarının müntəzəm olaraq bölgələrdə xeyriyyə aksiyalarını keçirməsi Prezident İlham Əliyevin sosial yönümlü siyasətinin bariz nümunəsidir. Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmiləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün müxtəlif tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri vardır.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən cari ildə Astara şəhərində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində və Füzuli rayonunun Horadiz şəhərində Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı həkimləri tərəfindən uşaqların və böyüklərin müayinələrinin edildiyini bildirən Ceyhun Məmmədov, ümumilikdə bu xeyriyyə aksiyalarında 600 nəfərə yaxın insanın diaqnostik tibbi müayinədən keçdiyini diqqətə çatdırıb.

Regionlarda yaşayan uşaqlar arasında ürək xəstəliklərinin erkən aşkarlanması və müalicəsinin vacibliyini vurğulayan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı həkimləri regionlarda yaşayan əhalinin zəruri tibbi xidmətlərlə təminatına dəstək məqsədilə ən yüksək texnologiyalar əsasında onların mütəmadi olaraq müayinələrini həyata keçirir. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" çərçivəsində keçirilən bu layihə çox böyük əhəmiyyət kəsb edir. Bu gün vaxtında üzə çıxarılmış ürək-damar xəstəliyi və onun aradan qaldırılması yüzlərlə insana sağlamlıq bəxş etmək deməkdir. Cocuq Mərcanlıda müayinələr zamanı ürəklərində mürəkkəb qüsurlar aşkarlanan 7 uşaq H.Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında əməliyyat olunaraq sağlamlıqlarına qovuşublar.

Tibbi aksiyada iştirak edən Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müşaviri Nəsimi Nərimanov qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə indiyədək Bakı, Gəncə, Şəki, Mingəçevir, Naftalan şəhərlərində, Bərdə və digər rayonlardakı məcburi köçkün qəsəbələrində tibbi müayinələr və qanvermə aksiyaları keçirilib. Tibbi müayinələrə respublikada fəaliyyət göstərən özəl və dövlət xəstəxanalarının yüksək ixtisaslı həkim briqadaları cəlb olunub. Bundan başqa, yerli dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə məcburi köçkünlər üçün ilk tibbi yardım təlimləri də həyata keçirilib.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən aparılan müayinələr zamanı EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqların valideynlərinə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tibbi aksiyanın məqsədi Ağdam rayonunda yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinəsinə, eləcə də məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etməsinə imkan yaratmaqdır.



İmza:

Bakıda tez-tez qəza baş verən yol kəsişməsində təhlükəsizlik tədbirləri görülüb

Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - Normalar müəyyənləşdi

Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

Qızılağac milli parkında yanğın baş verib

Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır

Neftçalada içməli su problemini aradan qaldırmaq üçün su çənləri quraşdırılıb

Faiq QİSMƏTOĞLU: KORONAVİRUSU KİM YAYIR?

Bakının Nəsimi rayonu ərazisində içməli suyun verilməsi dayandırılıb

BİRCƏ QALDI Kİ, DEYƏ: «QƏLƏT ELƏMİŞƏM»

2294 NƏFƏR!

MƏZUNİYYƏTDƏ OLANI İNSANI İŞDƏN NECƏ ÇIXARMAQ OLAR?

SON XƏBƏRLƏR
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK