ANA SƏHİFƏ / GÜNDƏM

Deputat: Bu, Azərbaycanın tarixində növbəti əlamətdar hadisədir

5327    |   2019-10-31 15:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması müstəqil Azərbaycanın tarixində növbəti əlamətdar hadisədir.

Bunu  Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu, hər şeydən öncə Azərbaycanın beynəlxalq nüfuzu və kosmik kluba üzv olması ilə bağlıdır:

"Nəzərə almaq lazımdır ki, bu tədbir müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir və Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pensin iştirak etməsi bu tədbirin nə qədər əhəmiyyətli bir tədbir olmasından xəbər verir.

Belə bir mötəbər tədbirdə növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin inkişafı, beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi və ona olan inamın, etimadın, eyni zamanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlarının nəticəsidir. Hazırda Azərbaycanın 3 peyki var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Bəllidir ki, bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək üçün iddialı olan çox güclü rəqiblərimiz var idi.

Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bunlar Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri idi. Ancaq bu güclü rəqibləri arxada buraxaraq ev sahibliyi hüququ əldə edə bilməyimiz bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində nə qədər böyük nüfuza sahib olmasından xəbər verir. Bu, həm də tədbirin keçirilməsi üçün yetərli infrastruktur və lojistikaya malik olmamızın sübutudur”.

Deputat vurğulayıb ki, "Azərkosmos” qısa müddət ərzində çox böyük uğurlara imza atmaqla xidmət sahəsində ölkəmizin ən böyük ixracatçısına çevrilməyi bacarıb:

"Bütövlükdə isə "Azərkosmos” Azərbaycanın ixracat sektorunda üçüncü yerdədir. Bu göstərici təkcə neft və digər ənənəvi sahələrdə deyil, intellektual və innovativ texnologiyalar sahəsində də Azərbaycanın mühüm uğurlar əldə edə biləcəyinin sübutudur. Ancaq bir mühüm faktı da qeyd etmək lazımdır ki, "Azərkosmos”un idarə olunması və müvafiq xidmətlərin ixrac edilməsi həm də yüksək dərəcədə ixtisaslaşmış kadrlar sayəsində mümkün olan bir hadisədir ki, bu da müvafiq sahədə ölkəmizdə mühüm kadr potensialının mövcudluğundan xəbər verir.

Bununla yanaşı, peyk xidmətləri təkcə ixracat və valyuta əldə etmək vasitəsi deyil, həm də ölkəmizin informasiya təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hallarla bağlı önləyici tədbirlərin görülməsi üçün də əhəmiyyətlidir. Konqres eyni zamanda bütün dünyanın diqqətini bir daha Azərbaycana çevirməklə növbəti mərhələdə yeni müqavilələrin imzalanması, yeni texnologiyaların cəlb edilməsi, əməkdaşlıq etdiyimiz ölkələrin sayının və coğrafiyasının genişlənməsi hasidəsi olacaq. Bu da ölkəmizdə kosmik sənayenin inkişafı üçün yeni perspektivlər yaradacaq”.



İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

Ədliyyə Nazirliyi: İşçilər və məhkumlardan 13 minədək test götürülüb, 18 nəfərdə virus aşkarlanıb

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

Metronun bağlanmasının səbəbi açıqlandı

Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur

Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - CANLI

Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

BNA avtobuslarda sərnişin sıxlığına aydınlıq gətirdi

Bu gün BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparılmış auditinin nəticələri açıqlanıb

Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi

COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı

SON XƏBƏRLƏR
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK