hacklink Adalet.az | Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb Adalet.az | Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb

3787    |   2019-10-31 15:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb.

Nazirlikdən  verilən məlumata görə, ilkin olaraq 5 şəhər və rayonda – Sumqayıt şəhərində, Abşeron, Zaqatala və Bakının Binəqədi, Sabunçu rayonlarında 300 nəfər əlilliyi olan şəxs təlimlərə cəlb edilib. Növbəti mərhələdə daha 7 rayonda 400 nəfər proqram iştirakçısı üçün təlimlərə başlanacaq. Ümumilikdə isə dekabr ayında təlimlər tam olaraq yekunlaşdırılacaq.

Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olan 700 nəfər seçilərək təlimlərə cəlb edilir.

Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik bizneslərini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək.



İmza:
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK