hacklink Adalet.az | Qubada hamilə qadın və uşağının həyatı xilas edildi Adalet.az | Qubada hamilə qadın və uşağının həyatı xilas edildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Qubada hamilə qadın və uşağının həyatı xilas edildi

1756    |   2019-10-31 15:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xaçmaz rayonu Qusarçay sakini 34-35 həftəlik hamilə 37 yaşlı qadın, oktyabrın 22-də uşağlıqda ağrılı çapıq diaqnozu ilə Quba Regional Perinatal Mərkəzinə daxil olub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, USM müayinəsində ciftin çapığa birləşməsi aşkar olunub. Ananın həyatına təhlükəli vəziyyət nəzərə alınaraq dərhal əməliyyata başlanılıb.

Əməliyyat Quba rayon Mərkəzi Xəstəxanasının, Quba Regional Perinatal Mərkəzin və Səhiyyə Nazirliyinin sanaviasiya xidmətinin cərrahları tərəfindən birgə həyata keçirilib. Nəticədə ananın həyatı xilas edilib.

Doğulan uşağı reanimasiya tədbirləri nəticəsində həyata qaytarmaq mümkün olub. Belə ki, vəziyyət dəyərləndirilərək uşağa müasir müalicə metodu sayılan passiv hipotermiya üsulu tətbiq edilib. Beləliklə, bədən hərarəti 33-34 dərəcəyə endirilib. Uşağa tənəffüs dəstəyi verilib. Hazırda uşaq sərbəst nəfəs alır, aktiv əmir, çəkisi artır. Ana və uşağın vəziyyəti qənaətnəxş qiymətləndirilir.

Azərbaycanda qəbul edilən "Ana və uşaqların sağlamlığının qorunması" Dövlət Proqramı çərçivəsində Quba Regional Perinatal Mərkəzi də bütün doğuşayardım tibb müəssisələri kimi müasir tibbi avadanlıqlarla təchiz edilib, kadr potensialı gücləndirilib.



İmza:

Gəncədəki dəhşətli qətlin təfərrüatı: Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü

MƏSCİDİN GÜNBƏZİ ÇÖKDÜ, MÜHƏNDİS DAĞINTILARIN ALTINDA QALDI

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

28 yaşlı gənc heyvan bazarında naməlum şəxslər tərəfindən ölümcül döyüldü

Gürcüstandan gələn avtomobildə xeyli miqdarda dərman preparatı aşkarlanıb

DSX: Sərhəddə gizlədilən silahlar aşkar edilib

Tərtərdə yeni doğulan körpə ölüb

Bakıda güclü yanğın: 10 nəfər zəhərlənib

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi

ABŞ-da azərbaycanlı gənc qəzada öldü (FOTO)

Xaçmazda DƏHŞƏT - Dəmir yolunda 20 yaşlı gəncin hissələrə bölünmüş meyiti aşkarlandı

Bakıda yolu bağlayaraq sakinlərə hücum edənlər tutuldu - Video

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK