ANA SƏHİFƏ / YAZARLAR

Vay də! Bizim millət kitabı necə sevirmiş... - Fazil Mustafa yazır

3376    |   2019-11-01 09:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2012-ci ilin tədqiqatlarına görə, Türkiyədə televiziya izləmə müddəti son bir ildə 3,5 saatdan 4 saata yüksəldi. Bu dünya birinciliyi deməkdir. Almaniyada bir adam gündə 24 dəqiqə kitab oxuyarkən, Türkiyədə bir adam 16 saniyə kitaba vaxt ayırır. Bir yapon ildə 25, bir isveçli 10 kitab oxuyarkən, bu müddətdə Türkiyədə 6 adam cəmi 1 kitab oxuyur.

5 milyon əhalisi olan Finlandiyada 1202 kitabxana, 80 milyon əhalisi olan Türkiyədə isə 1434 kitabxana var. Beynəlxalq standartlara görə xalq kitabxanalarında 123 milyon kitab olması nəzərdə tutulsa da, Türkiyədə bu rəqəm sadəcə 13 milyondur. Kitabxanalarda qeydiyyatı olan oxucu sayı 254 mindir. İnsan İnkişafı indeksinə görə kitab oxuma baxımından 86-cı sıradadır. Ən maraqlısı da budur ki, insan ehtiyacları sırasında kitab 235-ci yerdə gəlir. Yəni kabab, çörək, maşın, siqaret, rakıdan çox-çox sonra... (Mənbə: "Çocuklar için felsefe eğitimi", Ankara 2013, s. 69)

Hazırda 2019-cu ilin sonlarıdır. Təbii ki, burada qeyd olunan durumda müsbət dəyişikliklər mövcuddur. O ölkədən söhbət gedir ki, orada həqiqətən kitab tərcüməsi və çapı yüksəlişdədir. Azərbaycanda durum daha acınacaqlıdır. Statistikasız da söyləmək mümkündür. Bizdən fərqli olaraq Türkiyə kitab və çap məhsullarına tətbiq edilən 8%-lik ƏDV-ni sıfırladı ki, kitab nəşrini stimullaşdırsın, kitab oxumağa meyli artırsın... Gürcüstan da kitaba və çap məhsullarına qoyulan ƏDV-ni tam olaraq götürdü. Azərbaycanda isə dəfələrlə müraciət etməmizə baxmayaraq 18% ƏDV qalmaqdadır. Bizim bütün sahələrdə geriliyimiz özümüzlə bağlıdır. Zamanın çağırışlarına yaxalaya bilmədiyimizdəndir...


İmza:

YAZARIN ARXİVİ

2020-06-05 : Ağdamda son azan
2020-06-01 : TƏBRİK
SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK