hacklink Adalet.az | Səhiyyə Nazirliyi: Oqtay Gulalıyevin vəziyyəti ağır stabildir Adalet.az | Səhiyyə Nazirliyi: Oqtay Gulalıyevin vəziyyəti ağır stabildir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Səhiyyə Nazirliyi: Oqtay Gulalıyevin vəziyyəti ağır stabildir

1710    |   2019-10-31 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhiyyə Nazirliyi Bakıda yol qəzası nəticəsində xəsarət alan Oqtay Gülalıyevin səhhəti barədə məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, "City Hospital"dan verilən məlumata görə, Oqtay Gülalıyevin vəziyyəti hazırda ağır stabil, keçirdiyi əməliyyata uyğundur.

Müalicəsi reanimasiya şöbəsində davam edir.

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Gülalıyev vurulub.

Sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Gülalıyev oradan "City Hospital”a köçürülüb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınIB, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.




İmza:

Gəncədəki dəhşətli qətlin təfərrüatı: Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü

MƏSCİDİN GÜNBƏZİ ÇÖKDÜ, MÜHƏNDİS DAĞINTILARIN ALTINDA QALDI

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

28 yaşlı gənc heyvan bazarında naməlum şəxslər tərəfindən ölümcül döyüldü

Gürcüstandan gələn avtomobildə xeyli miqdarda dərman preparatı aşkarlanıb

DSX: Sərhəddə gizlədilən silahlar aşkar edilib

Tərtərdə yeni doğulan körpə ölüb

Bakıda güclü yanğın: 10 nəfər zəhərlənib

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi

ABŞ-da azərbaycanlı gənc qəzada öldü (FOTO)

Xaçmazda DƏHŞƏT - Dəmir yolunda 20 yaşlı gəncin hissələrə bölünmüş meyiti aşkarlandı

Bakıda yolu bağlayaraq sakinlərə hücum edənlər tutuldu - Video

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK