ANA SƏHİFƏ / GÜNDƏM

Bu ölkədə Azərbaycan dilinin tədrisinə başlanıldı

5473    |   2019-10-30 17:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 18-dən Serbiyanın aparıcı elm-təhsil ocaqlarından biri olan Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Adalet.az  xəbər verir ki, seçmə fənn kimi tədris olunan Azərbaycan dili dərsində 25-dən çox iştirakçı arasında yalnız universitet tələbələri deyil, həmçinin Azərbaycan dilinə maraq göstərən digər millətdən olan (Çin, Yaponiya və s.) tələbələr də iştirak edir.

Dərslər mərkəzin rəhbəri, Novi Sad İncəsənət Universitetinin professoru Zərifə Əlizadə və Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə doktorantı Günel Babanlı tərəfindən aparılır.

Belqrad Universitetində azərbaycan dili fənnini tədris edən mütəxəssislər ADU-nun Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasında Universitetin dilçi alimləri tərəfindən təlimatlandırılıb, proqram və dərsliklərlə təhciz olunublar. Dərs proqramına əsasən, tələbələrə yalnız qrammatik qaydaların öyrədilməsi ilə kifayətlənməyib, həmçinin, onlarla gündəlik həyatın müxtəlif sahələrində rast gəlinən mövzularda müzakirələrin aparılması nəzərdə tutulub. Bundan başqa Belqrad Universitetinin professoru, türkoloq alim Ema Milkoviç iki universitet arasında mövcud olan imkanları tələbələrin diqqətinə çatdırıb.

Belqrad Universitetində "Azərbaycan dili və mədəniyyəti mərkəzi” ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın təşəbbüsü və Azərbaycanın Serbiyadakı səfirliyinin birbaşa dəstəyi ilə 2018-ci il aprelin 26-da filologiya fakültəsində fəaliyyətə başlayıb. Mayın 21-də isə güzgü effekti olaraq ADU-da "Serb dili və mədəniyyəti mərkəzi” Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç tərəfindən açılıb, 2018-2019-cu tədris ilindən isə ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri Serb dilini xarici dil kimi öyrənməyə başlayıblar.

Qeyd edək ki, oktyabrın 26-da xalq yazıçısı Çingiz Abdullayevin 60 illik yubileyi münasibətilə onun yaradıcılığına həsr olunan simpozium və serb dilinə tərcümə olunaraq nəşr edilmiş "İngilis bulvarı” adlı kitabının təqdimat mərasimi də məhz Belqrad Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzində baş tutub.



İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

Ədliyyə Nazirliyi: İşçilər və məhkumlardan 13 minədək test götürülüb, 18 nəfərdə virus aşkarlanıb

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

Metronun bağlanmasının səbəbi açıqlandı

Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur

Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - CANLI

Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

BNA avtobuslarda sərnişin sıxlığına aydınlıq gətirdi

Bu gün BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparılmış auditinin nəticələri açıqlanıb

Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi

COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı

SON XƏBƏRLƏR
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK