hacklink Adalet.az | Yaşı 30-dan çox olanların əsas ölüm SƏBƏBİ açıqlandı Adalet.az | Yaşı 30-dan çox olanların əsas ölüm SƏBƏBİ açıqlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Yaşı 30-dan çox olanların əsas ölüm SƏBƏBİ açıqlandı

1954    |   2019-10-30 13:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda yaşı 30-dan yuxarı olan insanların əsas ölüm səbəbi qeyri-yoluxucu xəstəliklərdir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanlar arasında ən çox yayılan qeyri-yoluxucu xəstəlik hipertoniyadır (qan təzyiqinin yüksəlməsi).

Hipertoniyanın insanlarda ürək qan-damar xəstəliklərinə, xüsusilə insult və infarkta səbəb olduğunu qeyd edən H.Harmancı əlavə edib ki, Azərbaycanda insanlar arasında bundan sonra daha çox yayılan xəstəliklər şəkərli diabet, xərçəng, xroniki tənəffüs yolları xəstəlikləridir: "Qeyri-yoluxucu xəstəliklər adətən genetik, fizioloji, ətraf mühit və davranış faktorlarının kombinasıyası olan və uzun müddət davam edən xroniki xəstəliklərdir. Tütündən istifadə, fiziki hərəkətsizlik, havanın çirklənməsi, spirtli içkilərdən istifadə, qeyri-sağlam pəhriz qeyri-infeksiyon xəstəliklərdən əziyyət çəkən insanların sayının artmsına səbəb olur.

ÜST rəsmisi qeyd edib ki, Avropada ölümlərin təxminən 90%-ni təşkil edən qeyri-infeksiyon xəstəliklər əhalinin rifahına, xəstələrin müalicəsi üçün çalışan səhiyyə sistemlərinin inkişafına, bütövlükdə bölgənin iqtisadi inkişafına və artan qeyri-bərabərliyə ciddi təsir göstərir:

"Bu yük aşağı və ortagəlirli ölkələrdə qeyri-bərabər dərəcədə artmaqda davam edir. Həssas qrupun üzvü olan və sosial cəhətdən imtiyazsız insanlar yüksək sosial statusa malik insanlardan daha tez xəstələnir və dünyasını dəyişirlər. Çünki onların tütün və qeyri-sağlam pəhriz kimi zərərli məhsullara məruz qalma riskləri daha yüksəkdir və tibbi xidmətlərə məhdud çıxışları var".




İmza:

Azərbaycanda yeni sayt fəaliyyətə başladı - “Sehhet.az”

Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

XƏSTƏXANAYA TƏCİLİ YARDIM ÇAĞIRSINLAR, GÜLMƏLİDİR ELƏMİ?!

1 saylı Kliniki Tibbi Mərkəzdə Dövlət Bayrağı Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib

Süd və süd məhsullarının autizmli uşaqlara təsiri

Doğum evlərində süni uşaq qidaları satılır? - Nazir müavini cavab verdi

40 günlük körpənin ürək əməliyyatı uğurlu alındı

Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?

Yaşı 30-dan çox olanların əsas ölüm SƏBƏBİ açıqlandı

Mərkəzi Gömrük Hospitalında peyvəndləri vaxtında etdirməyə tələsin!

Niyə insanlar şokolad istəyir?

Allah da çörək yeməyi günah sayıb Adəmlə Həvvanı cənnətdən qovub

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK