ANA SƏHİFƏ / HADİSƏ

Oqtay Gülaliyevin vurulması ilə bağlı cinayət işi açıldı

3492    |   2019-10-30 12:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Gülaliyev vurulub.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Gülaliyev oradan "City Hospital”a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınmış, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.




İmza:

Azərbaycanda hərbçilərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Gəncədə avtomobil doqquz metrlik quyuya düşdü, bir nəfər öldü - VİDEO

Gəncədə avtoxuliqanlıq baha başa gəldi: Sürücülük vəsiqəsi alındı, həbs edildi - VİDEO

Mingəçevirdə baş vermiş qəzaya görə cinayət işi başlandı

Zarafat etmək istədi, dostu ölümdən qayıtdı - VİDEO

Migəçevirdəki qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var

İranın cənub-qərbində zəlzələ olub

Mingəçevirdə dəhşətli qəza: Qadın sürücü yeddisi azyaşlı olmaqla, 10 nəfəri vurdu - YENİLƏNİB

Avtobus sürücüləri əvvəlcə yarışdılar, sonra dalaşdılar - VİDEO

Dağıstanda meşədə quldurlarla güc strukturları arasında atışma

Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb

Oğuzda itkin düşmüş 12 yaşlı oğlanı heyvanlar parçalayıb - YENİLƏNİB

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK