ANA SƏHİFƏ / HADİSƏ

Dənizdəki partlayışda yaralananların vəziyyəti: İki nəfər palataya köçürüldü

3416    |   2019-10-30 11:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəzər dənizində qayıqda baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərdən 2-si palataya köçürülüb.

Mərkəzi Neftçilər Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan Vəliyev Azər Vaqif oğlu və Paşayev Rafiq Bəhruz oğlunun vəziyyəti stabilləşib və onlar palataya köçürülüblər. Hadisə nəticəsində xəsarət alan digər yaralı Xəlilov Böyükağa Məmmədağa oğlunun isə vəziyyəti sabit ağır olduğundan müalicəsi reanimasiya şəraitində davam etdirilir.

Xatırladaq ki, oktyabrın 29-da saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar.




İmza:

Vaşinqtonda Atatürkün heykəli təhqir olunub - LÖVHƏ ASDILAR

Bakıda mənzildən meyit tapılıb

“Sobsan” boya fabrikində baş vermiş yanğında xəsarət alan beş nəfər xəstəxanaya çatdırılıb – YENİLƏNİB+VİDEO

Bakıda 18 min əhalinin yaşadığı qəsəbə zibil poliqonuna çevrildi - VİDEO

Səhiyyə Nazirliyindən Binəqədidəki yanğınla bağlı AÇIQLAMA

Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib

Azərbaycanda vəzifəli şəxsin ailəsində faciə: Bir həftədə iki qardaşı vəfat etdi

Bərdədə ağac kəsən şəxs cəzalanıb

AQTA süni şəkildə toyuqların çəkisini artıran daha bir emal sexi aşkarladı

Cəbhədə gərginlik: İriçaplı silahlar və snayperlər işə düşdü, atəşkəs pozuldu

Avtobusu qəflətən çevirdi və su anbarına tərəf sürdü: 21 ölü - VİDEO

Bakıda karantin zamanı hərbçini təhqir edən şəxs həbs edildi

Azərbaycanda elektrik cərəyanı iki nəfərin ölümünə səbəb oldu - VİDEO

Karantin qaydalarını pozan dönərxana aşkar edilib

Sürət həddini aşan qadın sürücü saxlanılıb

Altı yaşlı oğlunu meşəyə apardı, başına torba keçirib azdırdı... - VİDEO

Nyu-Yorkda quşla toqquşan təyyarə təcili eniş etdi

Qızılağac milli parkındakı yanğın söndürülüb – YENİLƏNİB

Yaponiyada daşqın qurbanlarının sayı artır

Salyanda bir aydır itkin düşmüş kişinin meyiti meşədə aşkarlandı - İntihar edibmiş

Ağsuda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edildi

Samuxda piknik edən 9 nəfər cərimələndi

SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK