ANA SƏHİFƏ / MƏMLƏKƏT

İçərişəhərin Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatıb

5458    |   2019-10-29 12:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İçərişəhərin Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatıb.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən (DTMQ) verilən məlumata görə, dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması prioritet fəaliyyət istiqamətlərindən biridir. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanan çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir. Sadalanan bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış "Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilib. Nəinki İçərişəhər, bütövlükdə Azərbaycan tarixi üçün böyük dəyərə malik Qoşa Qala qapılarında sözügedən şirkət tərəfindən bərpa-konservasiya işləri uğurla həyata keçirilib.

Belə ki, 2019-cu ilin ortasında başlayan layihəyə əsasən Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya edilib. Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının daxili hissəsindən başlanıb, daha sonra isə qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilib.

"İçərişəhər” DTMQ İdarəsi ictimaiyyətin nəzərinə çatdırır ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə İdarə tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib. Təbiidir ki, inşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici qüvvələrin təsiri altında zədələnir və daşlar aşınmaya məruz qalır.

Bununla bağlı olaraq İdarə ölkə rəhbərliyinin daimi diqqəti və nəzarəti altında apardığı müxtəlif bərpa-konservasiya layihələrindən daha birini uğurla başa çatdırıb və İçərişəhərin simvollarından biri olan, tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpa etdirib.




İmza:

Bakıda tez-tez qəza baş verən yol kəsişməsində təhlükəsizlik tədbirləri görülüb

Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - Normalar müəyyənləşdi

Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

Qızılağac milli parkında yanğın baş verib

Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır

Neftçalada içməli su problemini aradan qaldırmaq üçün su çənləri quraşdırılıb

Faiq QİSMƏTOĞLU: KORONAVİRUSU KİM YAYIR?

Bakının Nəsimi rayonu ərazisində içməli suyun verilməsi dayandırılıb

BİRCƏ QALDI Kİ, DEYƏ: «QƏLƏT ELƏMİŞƏM»

2294 NƏFƏR!

MƏZUNİYYƏTDƏ OLANI İNSANI İŞDƏN NECƏ ÇIXARMAQ OLAR?

SON XƏBƏRLƏR
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK